Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-12-2020, 18:15)
“Bundan sonra sülhməramlılar vəzifə və yerlərini biləcəklər” - “Rus türkün nə dediyini çox gözəl anlayır”

 Dekabrın 11-də Hadrut ətrafında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyata Rusiya sülhməramlılarının münasibəti və Rusiya Müdafiə Nazirliyinin sülhməramlıların yerləşdiyi ərazinin xəritəsini yeniləməsi Azərbaycan ictimaiyyətində ciddi etirazla qarşılandı.

Xüsilə Rusiya Müdafiə Nazirliyinin saytında sülhməramlıların nəzarət zonasının genişləndirilməsi, zonaya Xocavənd rayonunun Çaylaqqala (Xtsaberd) və Köhnə Tağlar (Khin Taher) kəndlərinin ərazilərinin də daxil edilməsi ciddi bir problemi ortaya çıxardı.

Sülhməramlılar Dağlıq Qarabağı az qala özünün ərazi subyekti hesab edir, bu əraizilərdə mülkü idarəetməni həyata keçirir, bərpa-tikinti-quraşdırma-təmir-təchizat-yerləşdirmə işlərini intensiv şəkildə həyata keçirir. Bu azmış kimi, prosesə Azərbaycanın beynəlxalq terrorçu kimi axtarışa verdiyi bir şəxsi, qondarma rejimin cinayətkar "rəhbəri"ni də cəlb edir.

Baş verənlərdən dərhal sonra isə Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovun Azərbaycanın axtarışa verdiyi Araik Arutunyanla Xankəndində görüşməsi və terrorçubaşı ilə qardaşcasına qucaqlaşması bardağı daşıran son damla oldu.

Mövzu ilə bağlı "Mediatv.az"-a danışan politoloq Qabil Hüseynli deyib ki, daha bundan sonra Rusiya sülhməramlıları Azərbaycan hökumətinin səbri ilə oynaya bilməyəcək:

“Əvvəla onu deyim ki, artıq meydanı qızışdıran Şuşa inzibati rayonunun Qaladərəsi istiqamətində 160 erməni əsir Azərbaycan Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən bir gecədə tərkisilah edildi və lazımi yerlərə göndərildi. Məsələ budur ki, ermənilər sərhədləri 10-15 kilometr Azərbaycan ərazilərinə doğru çəkiblər. İndi bunları geriyə doğru qovmaq lazımdır. Rusiyaya da xəbərdarlıq olunub ki, yeni ortaya çıxardıqları xəritəni cırıb, yoxa çıxarsınlar. Artıq xəritə məsələsi də gündəmdən çıxıb. Azərbaycan ordusu özü məsələsini həll edəcək. Əgər geri çəkilməsələr, başlarına od ələnəcək. Hər halda yaraqlıları tərksilah etmək üçün hərbi əməliyyatlar da qaçılmazdır. Məsələ rusların dediyi kimi deyil. Rusiya Müdafiə naziri Hülusi Akar sensassion bəyanatla çıxış etdi. Nazir Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə imzalanan üçtərəfli sazişin pozulacağı təqdirdə, müharibə variantına keçə biləcəklərini dedi. O, Türkiyənin Azərbaycanın işğaldan azad olunan ərazilərinin təhlükəsizliyini təmin etmək üçün öhdəlik götürdüyünü də xatırlatdı. Rus türkün nə dediyini çox gözəl anlayır və düşünürəm ki, bundan sonra Rusiya sülhməramlıları vəzifələrini və yerlərini biləcəklər. Vuruşmalı, döyüşməli və ərazi bütövlüyümüzü təmin etməliyik”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024