Siyasət (21-12-2020, 17:20)
Azərbaycan bu gün postmüharibə dövrünün prioritetlərini müəyyən edir

Bu sözləri Milli Məclisin deputatı Malik Həsənov deyib.
Deputat bildirib ki, işğalçı tərəf ötən müddət ərzində status-kvonu qoruyub saxlamaq, beynəlxalq ictimaiyyəti davamlı aldatmaq nəticəsində bugünkü aqibətini müəyyənləşdirdi. Qırx dörd günlük müharibə Azərbaycan üçün Vətən müharibəsi, Ermənistan üçün isə işğalçı müharibə olub. Reallıq budur ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu, tarixdir.
Rəsmi Bakı dünyanın nüfuzlu təşkilatlarının tribunasından daim Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında bəyan edib. Azərbaycan o cümlədən postsovet ölkələri ilə əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayan Müstəqil Dövlətlər Birliyi çərçivəsində iqtisadi əməkdaşlıqla yanaşı, üzv ölkələrin ərazi bütövlüyü məsələsini daim gündəmdə saxlayaraq əlaqələrin genişlənməsində işğal amilinin aradan qaldırılmasının xüsusi rola malik olduğuna, bir üzv ölkənin digərlərinin ərazisini işğal etməsinin yolverilməzliyinə çağırışlar edib. İşğalçı Ermənistan bu kimi bəyanatlara, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayaraq təcavüzkar siyasətini davam etdirdi.
Azərbaycan illərdir topladığı gücü, qüdrəti, həyata keçirdiyi müstəqil siyasəti, bəyan etdiyi dəyişməz mövqeyi sayəsində reallıqları tam şəkildə dəyişdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra etdi. Qalib Azərbaycan şərtlərini diktə edir. Məğlub Ermənistan yaranmış yeni reallıqları heç bir halda dəyişə bilməyəcək. Hazırda Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən keçmişi nəzərdə tuta bilərik. Bu, artıq tarixdir. Regionun gələcəyi çox cəhətdən Ermənistan rəhbərliyinin vəziyyəti nə dərəcədə düzgün qiymətləndirə bilməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar atmasından asılı olacaq. Azərbaycan bu gün postmüharibə dövrünün prioritetlərini müəyyən edir, bölgədə yeni əməkdaşlıq formatlarını müəyyənləşdirir. Həmin formatlarda məğlub Ermənistanın iştirak edib-etməyəcəyi bu ölkəyə rəhbərlik edənlərin siyasi iradəsindən asılıdır.
Deputat, eyni zamanda, 10 noyabr Bəyanatından sonra bəzi Avropa ölkələrinin, eləcə də Niderland parlamentinin qəbul etdiyi qərəzli qətnamələrə də münasibət bildirib: “Müharibənin başa çatmasından sonrakı ilk günlərdə Niderland parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb. Qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması və sair kimi əsassız iddiaların müəllifləri faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır. Düşünürük ki, Niderland, o cümlədən digər Avropa ölkələri Azərbaycan üçün kağız parçasından başqa bir şey olmayan belə qətnamələrə vaxt sərf etməkdənsə, ölkəmizin bölgədə yaratdığı yeni reallıqlarla barışıb yeni əməkdaşlıq formatlarına dəstək verməklə sülhün uzunmüddətli və davamlı olmasına öz töhfələrini versinlər. Məlumdur ki, noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş səfiri Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini diqqətə çatdıraraq ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini vurğulayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025