Siyasət (5-11-2020, 12:39)
Prezidentə verilən təxribat xarakterli sualların məqsədi
Son bir ayda Prezident İlham Əliyevə dünyanın bəzi aparıcı media qurumlarının jurnalistləri tərəfindən verilən təxribatçı suallar əksəriyyətimizdə qıcıq və qəzəb hissləri yaradır. Düşünürəm ki, cəmiyyətimizdə bu cür suallara verilən sərt reaksiya nə qədər normaldırsa, həmin sualların bu gün dövlətimizə və onun rəhbərinə ünvanlanması da bir o qədər təbii hesab olunmalıdır.
Azərbaycan müharibə şəraitindədir. Apardığımız bu müharibədə işğalçı Ermənistanla yanaşı, ona hər addımda dəstək verməyə çalışan qüvvələrlə də qarşılaşmalı oluruq. Həm də müharibə cəbhəsi təkcə real döyüş meydanı ilə məhdudlaşmır. Bura eyni zamanda, daha qızğın və ədalətsiz mübarizənin getdiyi siyasi-diplomatik və hücumların bir an belə səngimədiyi informasiya cəbhəsi də daxildir. Həm də döyüş cəbhəsində əldə etdiyimiz hər bir möhtəşəm uğurumuzu məhz bu paralel cəbhələrdə əsaslandırmağımız və rəsmiləşdirməyimiz mütləq lazımdır.
Siyasi və diplomatik sahədə rəhbərliyi və onun bütün məsuliyyətini bu günə qədər də idarəçilik qaydalarına uyğun olaraq Prezident İlham Əliyevin şəxsən öz üzərinə götürdüyü hər birimizə məlumdur. Ancaq bu gün müharibə vəziyyətinin aktiv döyüşlər fazasına keçdiyi bir dönəmdə, ordumuzun Ali Baş Komandanı bütün hərbi əməliyyatlara şəxsən rəhbərlik etməklə bərabər, təxminən qırx gündür ki, informasiya cəbhəsində təkbaşına demək olar ki, bütün dünyaya qarşı vuruşmaqdadır.
İşğalçı Ermənistan heç bir qayda və qanun tanımasa da, beynəlxalq hüquqa aid bütün prinsipləri tapdalasa da, hər bir halda dünyada hətta müharibə aparmağın belə qaydalarının olduğunu bilirik. Ancaq görünən odur ki, informasiya müharibəsində heç bir qayda-qanun tanınmır və insanlıq üçün təhlükəliliyi baxımından istifadəsi qadağan edilmiş heç bir "silah" yoxdur. Xüsusilə də dünyanın mənfur qüvvələri tərəfindən Azərbaycan kimi haqlı tərəfi qərəzli şəkildə haqsız çıxarmaq kimi çirkin niyyətlər işə salınanda.
Ümumiyyətlə, bu gün dünyada hansısa ədalətli hadisəyə müdaxilə etmək üçün qanuni və hüquqi rıçaqlar tükənəndə, dördüncü hakimiyyət olan mətbuat və media dövriyyəyə buraxılır.
Əslində otuz ilə yaxın dövr ərzində, xüsusilə də dünyadakı erməni lobbisinin və diaspora təşkilatlarının təsiri altında işğal prosesi ilə bağlı real həqiqətlərin beynəlxalq ictimaiyyətə sızmasının qarşısını almaq üçün Qarabağ problemi ətrafında ciddi informasiya sədləri qurulmuşdu. Eynilə, elə analoji müddətdə işğal olunmuş ərazilərimizdə tikilən eşelonlaşdırılmış hərbi müdafiə blokadaları kimi.
Azərbaycanın haqq mübarizəsinə qarşı heç bir arqument ortaya qoya bilməyən bir çox dünya gücləri, dövlətimizə və onun rəhbərinə qarşı informativ səlib yürüşlərinə start verdilər. Əslində bunun mənfi tərəfləri ilə yanaşı, həmin qüvvələrin hesablaya bilmədikləri müsbət və uğurlu nəticələri də vardır. Bu müsbət və uğurlu nəticələri reallaşdırmaq üçün çox yüksək diplomatik peşəkarlığa, intelektual səviyyəyə, informasiya bazasına, səlis danışıq qabiliyyətinə və hazırcavablılıq kimi xüsusiyyətlərə malik siyasətçi var. Prezident İlham Əliyev bu keyfiyyətləri ilə həmin prosesi tam şəkildə dövlətimizin lehinə çevirməyə nail oldu. Məhz bu prosesdə əldə etdiyimiz uğurlar nəticəsində dövlətimiz işğalçı Ermənistanın təcavüzü ilə bağlı yaranmış münaqişə ətrafında uzun illər ərzində formalaşdırılmış həmin qərəzli informasiya blokadasının dağıdılmasına nail oldu. ABŞ, Fransa, Almaniya və bir çox digər dövlətlərin nəhəng media qurumlarının jurnalistləri tərəfindən Prezident İlham Əliyevə verilən provakativ suallar heç də təsadüfi deyildi.
Hesab edirəm ki, uzun illər bu problemin əsas mahiyyətindən və məzmunundan xəbərsiz saxlanılan beynəlxalq ictimaiyyəti bu suallar və onlara veriləcək həqiqi cavablar maraqlandırsa da, o sualları hazırlayan və ünvanlayanların məqsədləri tam başqa olub. Ancaq beynəlxalq münasibətlər sahəsində yüksək təhsil alan, mükəmməl biliklərə malik olan və həmin sahədə geniş pratiki təcrübə sahibi olan Prezident İlham Əliyev də hazırkı məqamda fürsətçillər tərəfindən ona bu cür sualların ünvanlanacağını bilməmiş deyil.
Konkret suallara və onlara verilən cavablara gəldikdə isə, xüsusilə cavablar və onların yaratdığı effektlər çox şahanə oldu. Məhz bu cür provakativ suallar nəticəsində bütün dünyanın diqqət mərkəzində olan Azərbaycanın Prezidenti, əslində burada əsas məsələnin hansısa mübahisəli ərazi problemindən deyil, Ermənistanın təcavüzündən və işğalından getdiyini hamının diqqətinə çatdırdı.
Müharibəyə hər vəchlə üçüncü tərəfləri cəlb etməklə, məsələni beynəlmiləlləşdirməyə çalışan Ermənistanın problemi dini zəminə sürükləmək cəhdlərinə xidmət edən kilsənin vurulmasına aid provakativ sual verildi. Elə bu sualın verilməsi sayəsində idi ki, Prezident İlham Əliyev multikultural dəyərlərə ən yüksək hörmətin olduğu Bakının mərkəzində erməni kilsəsinin, onların kitabxanasının qorunub saxlanmasını deməklə bütün dünyanı təəccübləndirdi. Müəmmalı səbəblərdən zədələnən həmin kilsənin digər tikililər kimi bərpasının çox kiçik vaxta ehtiyacı olduğunu bildirdi Prezident. Bununla həmin sualı verən dünyaya istənilən tikilini qaytarmaq mümkündür, ancaq Gəncədə, Bərdədə və digər şəhərlərdə həyatlarını itirən insanları, körpələri, ailələrini itirən uşaqların xoşbəxtliklərini geri qaytarmağın cavabını axtarmağı başa salmaq istədi.
Elə həmin sualları verən dünyanın özünün yaratdığı BMT adlı təşkilatın verdiyi qətnamələrin otuz ilə yaxındır ki, bir kağızdan irəli getmədiklərini deməklə bilirsinizmi Prezident nəyə nail oldu?! Elə həmin media qurumlarının bəzi əməkdaşlarının vicdana gəlməklərindənmi, yoxsa ki, media siyasətinin tələblərinə riayət etməklərindənmi terrorçu Paşinyanın Qarabağın tarixi ilə bağlı bir neçə əsrə aid uydurmalarını yarımçıq kəsərək, bir neçə onilliklərin həqiqəti olan BMT qətnamələrindən danışmağı tələb etmələrinə!
Belə suallar çox oldu və onların cavabları onların sayından da, dəfələrlə çox möhtəşəm oldu. Bununla həm də ölkə başçısı Azərbaycan lobbisinin və diaspora təşkilatlarının bütün imkan və bacarıqlarında istifadə edərək fəaliyyət göstərmələri üçün önlərini açmış oldu.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024