Siyasət / Slayd (25-10-2020, 11:13)
Erməni lobbiləri ilə bağlılığı olan fransız deputatlar... - Hacıyev

Mediatv.az xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Səfərdə iştirak edən Fransa parlament üzvlərinin əksəriyyətinin erməni lobbi dairələri ilə bağlılığı və erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil.
Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələr neytrallığı və vasitəçilik missiyasında qərəzsizliyi təmin etməlidir. Bu səfər ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın neytrallığına kölgə salır.
İndiki həssas dönəmdə bu qəbildən olan provokativ addımlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin ciddi hiddətinə səbəb olur.
Bu səfər regionda gərginliyin azalmasına xidmət etmir. Əksinə, Ermənistanı mülki Azərbaycan əhalisinə, xüsusilə uşaqlara qarşı yeni hərbi cinayətlər törətməyə, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə daha da cəsarətləndirir.
Fransa parlament nümayəndə heyətinə Ermənistan baş naziri ilə görüşdə ona törətdiyi hərbi cinayətlər, xüsusilə dinc sakinlərin ölümü ilə nəticələnən Azərbaycanın Gəncə, Tərtər, Mingəçevir və digər şəhərlərini ballistik və reaktiv raketlərdən atəşə tutmasına görə daşıdığı məsuliyyəti xatırlatmağı tövsiyə edirik”, - o qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025