Siyasət / Slayd (22-10-2020, 08:51)
Qarabağı Türkiyə-NATO məktəbi keçən igidlər azad edir - ekspert
Etiraf etmək və insafla demək lazımdır ki, Azərbaycan müstəqilliyinin ilk illərində müharibəyə hazır deyildi.
Nizami ordu arzulanan səviyyədə təşkil olunmamışdı, silah-sursat, hərbi texnika kasad idi, dövlətin maliyyə rezervləri məhdud idi.
Bununla belə, Ordumuz və könüllü qurulan batalyonlar qanı, canı bahasına Qarabağ üçün döyüşürdülər.
Halbuki qarşımızda hərtərəfli dəstəyi olan mənfur düşmən, onun yerinə döyüşən ruslar, Azərbaycanda isə siyasi hakimiyyət böhranı varıydı.
Üstəlik, sovet hərbi məktəbi keçmiş bəzi satqın qüvvələr, Rusiya agenturasına bağlı olan şəbəkələr Qarabağın ermənilər tərəfindən işğalına böyük şərait yaratdı.
“Yeni Müsavat” yazır ki, bu gün müzəffər Ordumuzda istər döyüş qabiliyyəti, istər hərbi biliklər, peşəkarlıq, istərsə də vətənpərvərlik nöqteyi-nəzərdən hazırlıq yüksək səviyyədə təşkil olunub.
Nəinki ermənilər, dünyanın ayrı-ayrı aparıcı ölkələrinin hərbi mütəxəsissələri etiraf edirlər ki, Azərbaycan Ordusu elə bir mükəmməl hazırlığa malikdir, bunu yalnız NATO ölkələrinin silahlı qüvvələrində, qoşunlarında müşahidə etmək olar.
Doğrudan da Ordumuzun ən müasir texnikaya yiyələnməsi ilə yanaşı peşəkarlığı, taktik olaraq 90-cı illərin silahlı qüvvələrindən fərqlənməsi göz qabağındadır.
Bu Vətən müharibəsi gedən günlərdə heç bir intizamsızlıq, fərarilik qeydə alınmayıb, erməni əsgəri tankını, topunu qoyub qaçdıqca, əsgərimiz irəliləyir.
Bütün bunlar həm də Türkiyə-NATO hərbi məktəbi keçmiş hərbçilərimizin yüksək bilik və bacarıqlarından xəbər verir.
Mais Bərxudarov, Hikmət Həsənov, Hikmət Mirzəyev kimi generallarımız, habelə yüzlərlə gənc, sovet ordu sıralarında qulluq etməmiş komandirlər bir nümunə qoyurlar. Onlar sovet məktəbi keçmiş polkovniklərdən, generallardan çox fərqlənirlər.
Məsələn, H.Həsənov 2013-cü ildə təhsilini artırmaq üçün Almaniyaya gedib, NATO əməliyyat planlaşdırması kursunu keçib, NATO əməliyyat qərargahında qərargah zabiti kimi praktika keçib fəaliyyət göstərib.
Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu gün Ordumuz hərtərəfli inkişaf edib. Onun fikrincə, əvvəllər əsas sovet-rus taktikasına yiyələnmiş peşəkar bir hərbi heyət var idi.
“Sonra Türkiyə hərbi mütəxəssislərinin imkanlarından faydalanaraq, formalaşma yolu keçdikcə, inkişaf etdikcə, NATO-da olan yanaşmaları, hərbi-elmi məlumatları əldə etmişik. Bu da bizə imkan verir ki, həm sovet-rus ordusunun, həm də NATO yanaşmasını gələcək döyüşlərə, ərazilərə uyğun sintezləşdirib tətbiq edək.
Əlbəttə, Türkiyə hərbi məktəbi böyük tarixə malikdir. Türkiyənin Silahlı Qüvvələri NATO-nun ən güclü ordularından biri sayılır. Biz Türkiyə ilə sıx əməkdaşlıq edirik və elə bir sahə yoxdur ki, hərbi əlaqələr olmasın.
Türkiyənin Ordumuzun inkişafında özünəməxsus yeri var. Eyni zamanda bizim Ordunun da Türkiyənin hərbi inkişafında xüsusi yeri var.
Çünki bizim hərbçilər sovet-rus taktikasının sirlərini öyrədirlər, Türkiyə öz ordusunun inkişafını keyfiyyətcə zənginləşdirir", - deyə Ş.Ramaldanov məsələyə belə şərh verdi.
Polkovnikin sözlərinə görə, Türkiyənin “S 400" raketləri ilə bağlı azərbaycanlı mütəxəsislərin havadan hücum hazırlığı barədə biliklərindən istifadə edilib: ”Mən tam razıyam ki, Azərbaycanın NATO sisteminə qapısı Türkiyədən keçir. Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində ən müasir texnika və avadanlıqlarla təmin olunub. Bu da imkan verir ki, müasir modelli döyüş əməliyyatları planlaşdıra bilək.
Bu planlaşdırma zamanı həm NATO yanaşmalarını, həm digər bilikləri tətbiq edirlər. Biz Türkiyənin qapılarından NATO-ya addımlamasaydıq, bu gün belə zəngin biliklərə yiyələnməzdik.
Azərbaycanlı zabitlər Türkiyədə kurslar keçir, oradakı təcrübəni oxuyurlar, Ordumuzun inkişafına töhfə verirlər. Bütün bunlar kompleks məsələdir və prosesin başında Ali Baş Komandan dayanır".
Yeri gəlmişkən, ABŞ-ın nüfuzlu “Nyu York Tayms” qəzeti Qarabağdakı müharibədən yazıb. Qəzetin əməkdaşı Anton Troianovski və fotoqraf Sergey Ponomaryovla birgə Xankəndinə gedib.
Materialda bildirilir ki, erməni səngərlərində qorxu hakimdir: “Erməni silahlı qüvvələri Azərbaycana məxsus PUA-lar qarşısında tamamilə aciz durumdadır”.
Birinci Qarabağ savaşında iştirak edən erməni əsgər Artur Aleksanyan deyib ki, əvvəllər “Kalaşnikov” avtomatları çox əhəmiyyətli idi, amma indi şərtlər fərqlidir.
Müəllif yazır ki, erməni əsgərlərinin ətrafları Azərbaycanın modern PUA-lar vasitəsilə sistematik şəkildə erməni tanklarını və digər təchizatlarını məhv etdiyi kraterlərə çevrilib.
Qeyd edək ki, Azərbaycan Ordusu tərəfindən məhv edilən və qənimət kimi götürülən düşmən silah və texnikasının ümumi dəyəri 2.4 milyard dollardan çoxdur.
Deputat Vüqar Bayramov deyib ki, bu, Ermənistanın 2 milyard dollarlıq valyuta ehtiyatlarından artıq olmaqla yanaşı, işğalçı ölkənin ümumi büdcə gəlirləri qədərdir. Şanlı ordumuz savaşın ilk 24 günündə Ermənistana illik büdcə gəlirləri qədər ziyan vurub.
“Yeni Müsavat”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024