Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (1-09-2020, 11:29)
Ramiz Mehdiyev üçün həqiqi müxalifət kimdir?

Ramiz Mehdiyev üçün həqiqi müxalifət kimdir?
Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin ölkədə tətbiq olunan karantin rejimini pozaraq nəvəsinə toy etməsi cəmiyyətdə ciddi narazılıq yaratdı. Bunun məntiqi nəticəsi olaraq toy sahibləri və qonaqlar müvafiq qaydalara görə cəzlandırılıb.

Ramiz Mehdiyev isə sözügedən hadisə ilə bağlı iki açıqlama yayıb. Akademik ikinci açıqlamasında nəvəsinə toy etməsini tənqid edən deputatları, partiya sədrlərini, politoloq və jurnalistləri məhkəmə ilə hədələyib. Ramiz Mehdiyevin ikinci açıqlamasında başqa bir məqam da xüsusi olaraq diqqət çəkib. Belə ki, akademik müxalifət nümayəndələrini də həqiqi və iqtidara loyal olaraq iki hissəyə bölüb.

"Mən keçmişimdən və bu günümdən arxayınam. Dünənimlə üzləşməyə həmişə hazıram, bu günüm isə hər kəsin gözü qarşısındadır.Ünvanıma ittihamlar səsləndirənlərin çoxundan fərqli olaraq ömrüm boyu ancaq bir əqidəyə qulluq etmişəm və bununla da qürur duyuram! Bundan sonra da heç kəs məni tutduğum yoldan döndərə bilməz! Bəs görəsən, məni ittiham edənlərdə necə, eyni arxayınlıq varmı? Onlar dünən dediklərinə bu gün və sabah eyni əminliklə imza ata biləcəklərmi? Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş",- deyə R.Mehdiyev açıqlamasında qeyd edib.

Maraqlıdır, Ramiz Mehdiyev həqiqi müxalifət deyəndə kimi nəzərdə tutur? Həqiqi simalı müxalifət kimdir?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Ramiz Mehdiyev əvvəl radikal müxalifəti “xalq düşməni” adlandırırdı, indi də həqiqi müxalifət elan edir:

“Ramiz Mehdiyev nə qədər ki, hökumətdə idi, deyirdi Azərbaycanda müxalifət yoxdur. İndi də real müxalifətdən danışır. Bir vaxtlar da radikal müxalifətin “xalqın düşməni” olduğunu deyirdi. İndi də onların səmimiliyindən danışır".

AĞ Partiyanın sədri Tural Abbaslı isə heç kimdən müxalifət lisenziyası almaq fikrində olmadıqlarını deyib:

"Bu məsələni hərə öz bildiyi kimi yozur. Əvvəla, onu qeyd edim ki, Ramiz Mehdiyevin hazırkı fikirləri mənə o qədər də maraqlı deyil. Çünki adam dövlətə ziyandan başqa heç nə verməyib. Ona görə də belə adamların fikirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini düşünmürəm. Amma Ramiz Mehdiyev deyir ki, iqtidara, Heydər Əliyev yoluna sadiqdir. Yəni özünü iqtidarın nümayəndəsi kimi təqdim edir. Eyni zamanda da özü üçün yaltaq və həqiqi müxalifət ayrımı edib. Biz Ramiz Mehdiyevin məhkəmə ilə hədələdiyi partiyalardan biriyik. Demək, bizi həqiqi müxalifət hesab edir, ona görə də bizə qarşı mübarizə aparır. Əks halda, özünü müxalifətə keçmiş elan edərdi. Əgər sən kimisə tərifləyib məhkəməyə vermirsənsə, deməli, sən iqtidar deyilsən, artıq müxalifətdəsən və onları qoruyursan. Bu baxımdan bizim bu məsələdə bir kompleksimiz yoxdur. Biz həqiqi müxalifət olub- olmamaqla bağlı nə Ramiz Mehdiyevdən, nə onun komandasından, nə də müxalifətdə kimdənsə lisenziya almaq fikrindəyik".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024