Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (21-07-2020, 09:17)
"Azərbaycana xəyanət edən təkcə Serbiya və Gürcüstan olmayıb"

 Serbiyanın Ermənistana silah-sursat yardımı göstərdiyi öz təsdiqini tapıb. Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Xarici İşlər Nazirliyinə çağırılıb. Danitsa Veinoviç Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüşü zamanı qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib.

Bununla bağlı KONKRET.az-a danışan Ramil Həsən bildirib ki, Azərbaycan bütün dövlətlərlə dostluq və qarşılıqlı strateji tərəfdaşlıq çərçivəsində münasibətlər qurmaqda davam etdirməkdədir: “Azərbaycanın rəsmən bəyan etdiyi kimi müstəqillik əldə etdiyi gündən bu günə qədər heç bir ölkənin torpağında gözü olmayıb, təcavüzkar siyasət yürütməyib:

“Azərbaycan sülh, dostluq, qarşılıqlı hörmətə və etimada, etibara söykənən münasibətləri inkşaf etdirən dövlət kimi dünya tarixində öz yerini tutub. Son dövrlər pandemiya ilə bağlı mübarizədə, başqa ölkələrin ərazi bütövlüyü, eləcə də münaqişələrən sülh, diplomatik yollarla həll edilməsində Azərbaycan Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətdə olan sədri kimi regionda və dünyada öz sözünü deməkdədir. Azərbaycanın bütün təşəbbüsləri Dünya Birliyi və BMT tərəfindən dəstəklənməkdədir. Azərbaycanın müsbət yönümlü cəhdlərinə baxmayaraq, 12 iyul tarixində Ermənistanın yenidən bizim torpaqları işğal etmə niyyəti və ordumuzun şücaəti ilə düşməni geri otuzdurması, əlbəttə, qürurvericidir.

Təəssüf ki, Azərbaycanın göstərdiyi bütün xoş niyyətlərə baxmayaraq, dünyada bir neçə ölkə, eləcə də Serbiya və Gürcüstan 12 iyulda Ermənistan silahlı qüvvələrinin faşistcəsinə Azərbaycan torpaqlarına hücum çərçivəsində onların silah təminatının həyata keçirilməsində aktiv rol oynadıqları müzakirə olunmaqdadır. Bu gün Serbiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb, 2013-cü ildə Serbiya-Azərbaycan Prezidentləri arasında dostluq və qarşılıqlı əməkdaşlıq haqqında strateji fəaliyyətlə bağlı imzalanmış müqavilələr ona xatırladılıb.

Bəyan edilib ki, Azərbaycanın torpaqlarını işğal edən Ermənistana Serbiyanın silah yardım etməsi birmənalı olaraq qəbuledilməzdir. Gürcüstanın və Serbiyanın bu proseslərdə iştirakı məni çox təəssüfləndirdi. Biz Azərbaycan prezidentinin hücum diplomatiyasını vacib olduğunun bir daha şahidi oluruq. Biz hər zaman gücümüzü qüvvətləndirməli və inkişaf etdirməliyik. Bizimlə münasibət quran dövlətlərin Ermənistanın bizim ölkəmizə təcavüzünə şərait yaradacaq addımlar atmasına yol verməməliyik. Ona görə də Serbiyanın bugünki addımı və Gürcüstanın bu məsələdə vasitəçilik etməsi çox ciddi təəssüf doğurur. Əminəm ki, Xarici İşlər Nazirliyi bununla bağlı müvafiq addımlar atmaqdadır. Bizim əleyhimizə fəaliyyət göstərən dövlətlər beynəlxalq hüquq normaları çərçivəsində layiqli cavablarını alacaqdır”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024