Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-07-2020, 14:26)
“AZƏRBAYCAN DƏRHAL QARABAĞA GİRMƏLİDİR” - AKP millət vəkili

 Türkiyə parlamentinin hakim AKP-dən olan və Ordu vilayətini təmsil edən millət vəkili Metin Gündoğdu Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər barədə “Yeni Akit” qəzetinə danışıb.
Mediatv.az xəbər verir ki, Gündoğdu Azərbaycanın öz ərazisi olan Dağlıq Qarabağı geri almaq üçün dərhal hücuma başlamalı olduğunu deyib.
“Ermənilər son hücumlarında 3 azərbaycanlı əsgərimizi şəhid etdi. Ermənistan bəzi dövlətlərin əlaltısı kimi çıxış edərək bölgədə qeyri-sabitlik yaratmağa çalışır. Azərbaycanın bir an öncə öz torpaqı olan Dağlıq Qarabağ bölgəsinə girməsi lazımdır. Çünki 3 əsgərimizi şəhid edən Ermənistan bu işin böyüməsini istəyir. İllərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarını artıq onlardan geri almağın zamanı gəlib. Türkiyə hər zaman Azərbaycanın arxasındadır”, - Metin Gündoğdu deyib.
AKP millət vəkili bildirib ki, ermənilər tarix boyu türk millətinə işgəncə edib. Onun sözlərinə görə, Ermənistan bu bölgədə özünü imperialist xəyallardan heç cür azad edə bilməyən bir ölkədir.
“1915-ci il hadisələrinə görə hər zaman Türkiyəyə hücum etdilər. Öz əməllərinə nəzər salmadan türklərin onlara zülm etdiyini bildirdilər. Dünyanın bütün arxivlərində isə ermənilərin türk millətinə zülm etdiyi ortadadır. Ermənilər o gündən bu günə qədər bölgənin qarışması üçün can atır”, - o deyib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024