Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-05-2020, 16:05)
Çin lideri Azərbaycan Prezidentinə məktub yazıb

 Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Çin Xalq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm.
Çin ilə Azərbaycan ənənəvi dost ölkələrdir və hər iki tərəf əsas maraqlarına aid məsələlərdə bir-birini qarşılıqlı olaraq qəti şəkildə dəstəkləyir. COVID-19 pandemiyasının başlanmasından bəri ölkələrimiz müvəqqəti çətinlikləri dəf etmək üçün ikitərəfli münasibətlərdə yüksək səviyyə nümayiş etdirərək, bir-birinə yardım və dəstək göstərirlər.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin daim dərinləşməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar, dost Azərbaycana və onun xalqına isə tərəqqi və xoşbəxtlik arzulayıram".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
19 06 2025