Siyasət (6-05-2020, 14:40)
“Türkiyənin üzvlüyü Avropa İttifaqını gücləndirə bilərdi” - Çavuşoğlu

Mediatv.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TV100-ə müsahibəsində deyib.
Nazir bildirib ki, yeni növ koronavirus pandemiyası ilə əlaqədar Türkiyənin ABŞ-a tibbi ləvazimatlar göndərməsindən sonra müsbət vəziyyət yaranıb: “İdlibdə rejimə qarşı apardığımız mübarizədən sonra da vəziyyət dəyişib. Türkiyənin rolunu daha yaxşı anlamağa başlayıblar”.
Türkiyə XİN başçısı qeyd edib ki, sabah ABŞ Dövlət katibi Mayk Pompeo ilə telefon danışığı olacaq: “Dialoqu davam etdirəcəyik. İki tərəfin də eyni şəkildə səmimi olması lazımdır”.
M. Çavuşoğlu Türkiyə - Avropa İttifaqı (Aİ) münasibətlərinə də toxunub. O vurğulayıb ki, Aİ Avropa xalqlarının da ümidlərini doğrulda bilmir.
“Türkiyə Avropa İttifaqının üzvü olsaydı, Aİ bu gün təkcə COVID-19-a qarşı yox, bütün çətinliklərlə mübarizədə daha güclü olardı”, - deyə Türkiyə XİN başçısı qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025