Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-08-2014, 16:40)
Qurbanovlara qarşı aksiya keçirilib

 

Qurbanovlara qarşı təzyiqdə Putin izi

 

Avqustun 16-da Dərbəndin Birici qəsəbəsində rayon icra hakimiyyətinin başçısı Qurban Qurbanova qarşı aksiya keçirilib.
 
Publika.az-ın Dağıstandakı mənbələrdən əldə etdiyi özəl məlumata görə, aksiyada Q.Qurbanovun istefası tələb olunub.
 
Q.Qurbanovu aksiyada qanunsuz əməllər törətməkdə ittiham ediblər. Aksiyaya heç bir polis müdaxiləsi olmayıb.
Qeyd edək ki, iyulun 23-də Dağıstan rəhbəri Ramazan Abdulatipov dövlət televiziyası ilə çıxış edərək Qurbanovu istefaya çağırıb. Q. Qurbanov isə bu posta əhali tərəfindən seçildiyini əsas gətirərək istefa verməkdən imtina edib. Ardınca avqust ayının 8-də Dağıstan baş prokurorluğu yanında İqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsi icra hakimiyyətinin binasına basqın edərək 7 illik sənədləri müsadirə edib. Hazırda rayon icra hakimiyyətinin heç bir fəaliyyət göstərmədiyi deyilir.
 
Əldə etdiyimiz məlumata görə, Qurbanovun istefa tələbi Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi, milliyətcə ləzgi olan general-leytenant Sergey Melikov tərəfindən irəli sürülüb. Ona qarşı kampaniyanı Dərbənd şəhər icra hakimiyyətinin başçısı İmam Yaraliyev və keçmiş kəşfiyyatçı kimi tanınan Mübariz Musralov aparır.
 
Mənbənin sözlərinə görə, Qurbanovun qarşısına tələb qoyulub ki, keçmiş ədliyyə naziri milliyətcə tabarasanlı olan Azadi Rəhimovu özünə müavin təyin etsin. Ardınca özü istefa versin və onun vəzifəsini Rəhimov icra etsin. “Bu vəzifə seçkili olduğu üçün Qurbanovun prezident tərəfindən sərəncamla çıxarılması mümkün deyil. Növbəti seçkilər isə 2015-ci ildə keçiriləcək”, - deyə mənbə qeyd edib.
Mənbə iddia edir ki, Qurbanovun həbs təhlükəsi də var. Ona qarşı növbəti aksiyaların olacağı gözlənilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024