Siyasət (5-08-2014, 15:45)
Qabil Hüseynli: «Soçi görüşü baş tutmaya bilər»
"Əgər Azərbaycan tərəfinin tələbi nəzərə alınmayacaq, Azərbaycana qarşı atəşkəslə bağlı müəyyən təzyiqlər ediləcəksə, onda Soçi görüşünün baş tutmayacağını da proqnozlaşdırmaq mümkündür".
Bunu "Mediatv.az"a politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan prezidentlərinin sentyabırn 8-də verən Soçidə gözlənilən görüşünü şərh edərkən bildirib. Politoloqun fikrincə Azərbaycan atəşkəs rejiminin razılaşdırılması haqqında danışıqların aparılmasını istəmir:
“Doğrudur, görüş ətrafında ilkin razılaşmalar olub, amma bildiyimiz kimi, Azərbaycan tərəfi tərəddüd edir. Çünki görüşün əsas mövzusu razılaşdırılmayıb. Belə ki, Azərbaycan atəşkəs rejiminin razılaşdırılması haqqında danışıqların aparılmasını istəmir. Yəni burada əsas olaraq işğal altında olan torpaqlarımızın azad edilməsi prinsipi dayanıb. Əgər bu məsələlər gündəliyə çıxarılacaqsa, Azərbaycan tərəfinin təkid etdiyi məsələlər danışıqlar predmeti olacaqsa, bu görüş alınacaq. Yox, əgər Azərbaycan tərəfinin tələbi nəzərə alınmayacaq, Azərbaycana qarşı atəşkəslə bağlı müəyyən təzyiqlər ediləcəksə, onda Soçi görüşünün baş tutmayacağını da proqnozlaşdırmaq mümkündür. Görüşün keçirilməsinə təkid edən Rusiya tərəfidir. Rusiya Azərbaycan qoşunlarının uğurlarını və ermənilər üçün xoşagəlməz nəticələrini gördükdə, atəşkəsin qorunması məqsədilə prezidentləri Soçidə görüşə dəvət etdi. Rusiyanın özü ciddi siyasi böhran vəziyyətindədir. Çünki Rusiya özü bu məsələdə çox ciddi şəkildə uduza bilər. Ona görə də danışıqlar predmetində geniş məsələlər, o cümlədən yeddi rayonun qaytarılması məsələsi yer almalıdır. Yəqin ki, danışıqlar baş tutsa, bu məsələlər bir daha qabardılacaq”.
Niyaməddin
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024