Siyasət (11-01-2019, 14:30)
Sahibə Qafarova: Qarabağ məsələsində güzəşt olmayacaq

Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki bunu açıqlamasında Azərbaycanın “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.
O qeyd edib ki, Qarabağ münaqişəsinin yalnız bir həlli yolu var.
“İşğal olunmuş torpaqlarımız azad edilməli, işğal faktı aradan qaldırılmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.
Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Prezident İlham Əliyev də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bir daha vurğuladı ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır”, - deyən S.Qafarova Qarabağ məsələsinin hər zaman Azərbaycanın “Avronest” PA-dakı və AŞPA-dakı nümayəndə heyətləri tərəfindən diqqətdə, gündəmdə saxlanıldığını və bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini sözlərinə əlavə edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025