Siyasət / Slayd (14-07-2014, 21:50)
Etibar Pirverdiyevlə qardaşı arasında 20 milyonluq mübahisə
“Azərenerji” ASC sədri ilə Vuqar Pirverdiyev arasında gərginlik pik nöqtəyə çatıb
“Azərenerji” ASC sədri Etibar Pirevrdiyevin qardaşı Vüqar Pirverdiyevlə aralarında çox böyük məbləğdə vəsait uğurunda ciddi mübahisələrinin yarandığı bildirilir.
“Azərenerji”nin adının çəkilməsini istəməyən əməkdaşlarından birinin bildirdiyinə görə Etibar Pirverdiyev son illər qardaşına həvalə etdiyi biznes sahələrini təftiş etdirib və bəlli olub ki, ona çox böyük məbləğdə kələk gəliblər.
Məlumata görə Etibar Pirverdiyev bu məsələdə birbaşa qardaşı Vuqar Pirverdiyevi suçlu sayır və qısa müddətdə həmin vəsaitin ödənilməsini tələb edir: “Artıq qardaşlar arasında gərginlik pik nöqtəyə çatıb”.
Məlumatlı şəxs mübahisəli məbləğin 20 milyon manat civarında olduğunu iddia edir. Çox təəssüf ki, xəbərdə adıçəkilən hər iki şəxslə əlaqə nömrəsi əldə edə bilmədiyimizdən mübahisə haqqında deyilənləri tam təfərrüatlı formada oxuculara çatdıra bilmədik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Reytinq qəzeti)