Siyasət (25-07-2018, 12:06)
"Azərbaycan və Türkiyə birgə fəaliyyəti gücləndirəcəklər"
Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcəklər.
Mediatv.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə regionda birgə iri layihələr həyata keçirirlər: "Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars layihəsi həyata keçirildi və bu gün bir çox ölkələr bu layihəyə qoşulmaq istəyirlər".
M.Çavuşoğlu vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir: "Qarşıda görüləcək işlərimiz çoxdur. Beynəlxalq təşkilatlarda da fəaliyyətimizi gücləndirməyi nəzərdə tuturuq. Beynəlxalq təşkilatlarda irqçilik, ayrı-seçkilik daha çox özünü büruzə verir. Bu baxımdan Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək".
