Siyasət (12-03-2018, 12:30)
Şuay Alpay: Qarabağ münaqişəsi Türkiyənin də məsələsidir
Qarabağ məsələsi Azərbaycanın olduğu qədər, Türkiyənin də məsələsidir.
Mediatv.az xəbər verir ki, bunu əslən Azərbaycandan - Gəncə şəhərindən olan AKP-li siyasətçi, Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpay bildirib.
“Azərbaycanın kədəri Türkiyənin kədəri, Azərbaycanın sevinci Türkiyənin sevincidir” - deyən Alpayın sözlərinə görə, işğalçı Ermənistan tərəfindən uzun illərdir azərbaycanlılara qarşı davam etdirilən insanlıq dramına son qoyulmalıdır.
“Dünya bilirliyi Azərbaycana qarşı işğalçı Ermənistanın xain, zalım və haqsız davranışlarına artıq səssiz qalmamalıdır.
Beynəlxalq ictimaiyyət, dünya dövlətləri, münaqişənin həlli ilə məşğul olan təsisatlar Azərbaycanın bu ağrılı məsələsinə həssaslıqla, diqqətlə yanaşmalı, işğal olunmuş ərazilərin azad olunması üçün hərəkətə keçməlidir.
Qarabağ məsələsinin həllində konkret addımların atılmasının zamanıdır və bunlar gecikdirilmədən edilməlidir. Qardaş dövlət olaraq Türkiyə hər zaman Azərbaycanın yanındadır.
Biz çox tezliklə bu münaqişənin ədalətli həll olunmasını istəyirik və bunu dünya birliyindən tələb edirik”, - deyə Türkiyə milli müdafiə nazirinin müavini deyib.