Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-01-2018, 18:00)
BMT baş katibi: Qarabağ münaqişəsi prioritetlərimizə daxildir

BMT baş katibi: Qarabağ münaqişəsi prioritetlərimizə daxildir

 

BMT baş katibi Antonio Quttereş Birləşmiş Millətlər Təşkilatının 2018-ci ildəki fəaliyyəti ilə bağlı 12 prioritet istiqamət təsbit edib.

Mediatv.az  bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Məlumata görə, BMT prioritetlərinə Ukrayna, Suriya və digər qaynar nöqtələrdə münaqişələrin həlli, terrora qarşı mübarizə, qlobal iqlim dəyişikliyinin qarşısının alınması və miqrasiya probleminin həlli kimi məsələlər daxildir.

BMT rəhbəri dünya ictimaiyyətini Avropa münaqişələrinin gərginləşməsi və dondurulmasına səbəb olan “iflici müalicə etməyə” çağırıb.

“Hər iki dünya müharibəsinin Avropada başladığını, Avropanın resursları və potensiallarını nəzərə alsaq, regionda münaqişələrin davam etməsinə imkan vermək olmaz”, - deyə baş katib vurğulayıb.

Quttereşin sözlərinə görə, regionda münaqişələrin həllini tapması üçün “təhlükəli millətçilik dalğasını dəf etmək, həmçinin vasitəçilik təşəbbüslərinə, o cümlədən, “normand formatı”, Şərqi Ukrayna üzrə Üçtərəfli təmas qrupu, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu, Gürcüstanla bağlı beynəlxalq Cenevrə diskussiyaları və Dnestryanı üzrə “5+2” formatlı prosesə təkan vermək lazımdır. Bundan savayı, BMT baş katibi Qərbi Balkanlarda mövcud olan münaqişələrin uzunmüddətli həlli yollarının tapılması üçün “mərkəzləşmiş səylərə” ehtiyac olduğunu vurğulayıb.

“Avropa ümumi rifah və əmin-amanlıq şəraitində, birgə yaşama prinsipləri əsasında mövcud olmağa qadirdir. Avropa liderlərini bunu əyani şəkildə sübut etməyə çağırıram”, – deyə Quttereş vurğulayıb.

Digər prioritetlər arasında baş katib 2018-ci ildə təhlükəsiz, tənzimlənən və idarəolunan miqrasiya üzrə qlobal miqyaslı sazişlərin qəbulunu, bəşəriyyətin rifahı naminə müasir texnologiyalardan istifadəni, BMT ilə Afrika ittifaqı arasında tərəfdaşlığın möhkəmləndirilməsini, sülhməramlı əməliyyatların effektivliyinin artırılmasını, həmçinin insan haqlarına hörmətin aşılanmasını sadalayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024