Siyasət (15-01-2018, 16:30)
Lavrov Azərbaycanla strateji əməkdaşlıq haqqında danışdı
Rusiya və Azərbaycanın münasibətləri bu ölkələrin prezidentləri və xarici işlər nazirləri arasındakı intensiv dialoqa əsaslanır.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında danışıb.
“Ötən il azərbaycanlı həmkarlarımla qarşılıqlı görüşlər keçirmişik. Mütəmadi olaraq iki ölkə arasında humanitar tədbirlər keçirilir. Humanitar forum və digər tədbirləri buna misal göstərmək olar. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi və investisiya həcmi artmaqdadır. Bu münasibətlər öz məcarasında aparılır. Ona görə də onların reqlamentasiyası üçün xüsusi sənədlər tələb olunur. Hökumətlərarası komissiya müxtəlif sahələrdə əməkdaşlıq edir. Azərbaycanla strateji əməkdaşlıq bizi qane edir”, – deyə Serqey Lavrov bildirib.