Siyasət (27-09-2017, 18:30)
Quterriş Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən danışdı
BMT baş katibi Antonio Quterriş Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşünü alqışlayır.
Mediatv.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə baş katibin mətbuat katibi Stefan Duyarriçin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, baş katib həmsədrlərin gərginliyi azaltmaq və danışıqlar prosesini yenidən canlandırmaq istiqamətində səylərini dəstəkləyir: “Baş katib ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində planlaşdırılan görüş etimad mühitinin artmasına səbəb olacaq. O, görüşün tərəflər arasında razılaşdırılmamış əsas məsələlərlə bağlı kompromisli həll yolunun tapılması üçün vacib olan siyasi iradənin stimullaşmasına da imkan yaradacağına ümidvardır”.