Siyasət (1-06-2014, 20:39)
Ərdoğan prezidentliyə rəsmən namizəd oldu
Ədalət və İnkişaf Partiyasının aparıcı simalarından Mehmət Əli Şahin qarşıdan gələn prezident seçkilərində namizələrinin Rəcəb Tayyib olacağını rəsmən bəyan edib.
“Mediatv.az”ın Axar.az-a istinadən məlumatına görə, Şahin bildirib ki, son günlər namizədliklə bağlı müəyyən müzakirələrə, söz-söhbətlərə yol açan xəbərlər dolaşırdı. Qərara alındı ki, bütün bu fikrilərə son qoyulsun:
“Rəsmən bildirirəm ki, namizədimiz hörmətli Baş nazirimiz Rəcəb Tayyib Ərdoğandır. Düşünürük ki, prezident seçkilərində qələbə əldə etdikdən sonra Ərdoğan partiyasının 2015-ci ilin parlament seçkilərinə də qatılacaq. Nəticədə ölkə Konstitusiyasında dəyişiklik edilərək, prezidentin səlahiyyətləri bir qədər də artırılacaq. Beləliklə, hörmətli Ərdoğan 2023-cü ilə qədər canı qədər sevdiyi xalqına xidmət edəcək”.