Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-07-2017, 18:20)
Prezident: Qarabağ məsələsi ilə bağlı beynəlxalq ictimai fikirdə dönüş yaranıb

Prezident: Qarabağ məsələsi ilə bağlı beynəlxalq ictimai fikirdə dönüş yaranıb

 

“Erməni lobbisinin ciddi cəhdlərinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların beynəlxalq birliyə çatdırılması istiqamətində son illərdə əsaslı irəliləyişə nail olunub”.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevjurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki nitqində deyib.

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə beynəlxalq səviyyədə ictimai fikirdə dönüşün yarandığını xüsusi vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, jurnalistlər həqiqəti, obyektivliyi başlıca meyar götürməli, yüksək məsuliyyətli olmalı, xarici təsir altına düşməməlidirlər. Azərbaycanın dünyada nüfuzunun durmadan artdığını, multikulturalizmin mərkəzi sayıldığını deyən prezident İlham Əliyev bu sahədə də Azərbaycan mediasının töhfələrini xüsusi vurğulayıb: “Azərbaycan jurnalistikası daha da vətənpərvər olmalı, xaricdən ölkəmizə təsir cəhdlərinin qarşısının alınmasında fəal iş görməlidir. Milli maraqlar hər şeydən üstün tutulmalı, Azərbaycanın informasiya məkanı xarici təsir cəhdlərindən qorunmalıdır”.

Prezident İlham Əliyev son illərdə Azərbaycan jurnalistlərinin məsuliyyətinin yüksək səviyyəyə çatdığını qeyd edib.

Azərbaycan prezidenti medianın inkişafı üçün Azərbaycan dövlətinin səylərini əsirgəməyəcəyini, jurnalistlərin məişət problemlərinin daim diqqətdə saxlanılacağını da deyib.

“Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq”,- deyə prezident qeyd edib.

“Ölkəmizin daxilində, demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın”, - deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, jurnalistlər üçün tikilən binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilməyib: “Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib.

Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır. Hesab edirəm ki, bu iki əsas amil Azərbaycanda artıq çox güclü dayaqlara malikdir. Həm sosial, həm iqtisadi, həm də xarici siyasətlə bağlı atdığımız addımlar bizə böyük uğur gətirib və dünyada Azərbaycana çox böyük rəğbət var”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024