Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (19-06-2016, 10:14)
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında nadir rol oynayan bir ölkədir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında nadir rol oynayan bir ölkədir

 

 

“Bu gün Azərbaycan o ölkələrdəndir ki, bütün sahələrdə çox böyük inkişaf yolu keçib, uğur qazanıb”.
 
Mediatv.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iyunun 17-də təşkil olunan iftar mərasimində deyib.
 
Dövlət başçısı dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaradıldığı şəraitdə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, uğur qazandığını qeyd edib: “Yaxın Şərqdə artıq bir neçə ölkə idarəedilməz vəziyyətə düşüb. Qeyd etdiyim kimi, Yaxın Şərqdə, əfsuslar olsun ki, müharibələr alovlanır. Avropada miqrantlarla bağlı dərin böhran yaşanır. Bu, eyni zamanda, dəyərlər böhranıdır. İstər-istəməz miqrantlar böhranı Avropada islamofobiya meyillərini gücləndirir. Bu, həm müsəlmanlar, həm Avropa üçün çox böyük təhlükədir. Belə bir vəziyyətdə Azərbaycan öz yolu ilə gedir. Əslində bizim siyasətimizdə heç bir dəyişiklik olmamışdır. Sadəcə olaraq, biz həmişə çalışmışıq ki, ölkəmizi mümkün olan bütün risklərdən, mənfi kənar təsirdən qoruyaq və buna müvəffəq olmuşuq”.
 
Prezident indiki şəraitdə, dünyada gedən çox ağır proseslər şəraitində Azərbaycan nümunəsinin özünü daha da gözəl şəkildə büruzə verdiyini bildirib: “Deməli, mümkündür ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşasınlar. Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma, heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni, bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir. Ona görə yox ki, biz kiməsə nəyisə sübut etmək istəyirik. Sadəcə olaraq, bizim həyat tərzimiz belədir. Bizim siyasətimiz bundan ibarətdir. Getdikcə Azərbaycanı dünyada daha da çox tanıyırlar. Tanıdıqca da görürlər ki, bu gün dünyada, bu coğrafiyada müasir, öz gücünə güvənən, ayaqda möhkəm dayanan, prinsipial siyasət aparan, bütün azadlıqları, bütün dinlərin birgə yaşamasını təmin edən bir ölkə var. Ona görə, əlbəttə ki, bizim təcrübəmiz öyrənilir. Bizi istəyən, dəstəkləyən ölkələr, qüvvələr bizi daha da dəstəkləyirlər, bizi istəməyənlər daha da məyus olurlar. Çünki bədxahlar, antiazərbaycan qüvvələr nə qədər çalışsalar da bizim siyasətimizə, iradəmizə, uğurlu inkişafımıza təsir edə bilməyiblər”.
 
Dövlət rəhbəri bu gün Azərbaycanın dünya miqyasında nadir rol oynayan bir ölkə olduğunu qeyd edib:“Mən bunu tam məsuliyyətlə deyirəm. Yəni, bunu özümüzü tərifləmək üçün demirəm. Bu, reallıqdır. Çünki hər şey müqayisədə müəyyən olunur və bu gün müqayisə aparmaq üçün bizim kifayət qədər imkanlarımız var. Biz dünyanın hər bir yerində baş verən hadisələri görürük, izləyirik. Bu fonda Azərbaycanın uğurlu, hərtərəfli inkişafı, əlbəttə ki, daha da böyük rəğbət qazanır”.
 
Ölkə başçısı Azərbaycanda həyata keçirilən islahatların, aparılan siyasətin ölkəyə diqqəti daha da çox cəlb etdiyini və bunun, müsbət hal olduğunu qeyd edib: “Mən hesab edirəm ki, dünya bizi daha da yaxşı tanımalıdır. Özümüzü tanıtmaq üçün biz, əlbəttə ki, təşəbbüslər irəli sürürük. Artıq bir neçə ildir ki, Azərbaycan dünya ictimaiyyətinin diqqətini çəkən tədbirlər keçirir. Bu tədbirlər həm qitə, həm dünya miqyaslı tədbirlərdir. Bu gün dünyanın ən mötəbər idman yarışlarından biri olan Formula-1 Bakı küçələrində keçirilir. Bu yarışın auditoriyası dünyada yarım milyard insandır. Bu yarım milyard insan görəcək ki, dünyada belə bir gözəl ölkə, gözəl memarlıq abidələri olan, səliqəli, müasir bir şəhər var – Bakı şəhəri.
 
Əlbəttə bu, bizim gücümüzü artıracaq. Çünki bizə qarşı aparılan qarayaxma, təxribat kampaniyalarının hamısını alt-üst edir. Azərbaycana, Bakıya gələn on minlərlə turist bizim reallıqlarımızı öz gözü ilə görəcək. Görəcək və haqqımızda yazılan o çirkin məqalələrə daha fikir verməyəcək. Elə bir hal olmayıb ki, ilk dəfə Azərbaycana gələn insan təəccüb etməsin. Bu təəccüb nədən yaranır? Ölkəmizə gəlməzdən əvvəl yəqin ki, o müxtəlif çirkin yazıları oxuyurdular. Gəlib görəndə insanlar azad, rahat, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, əlbəttə, onların birinci reaksiyası təəccüb, ikincisi isə sual idi ki, siz buna necə nail ola bilmisiniz. Biz buna öz siyasətimizlə nail ola bilmişik. Çünki düşünülmüş siyasət aparırıq”. 
APA
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024