Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Dünya (6-07-2017, 15:17)
Səfir: Qarabağda ölən dinc sakinlərə, uşaqlara dünya soyuqqanlı yanaşır

Səfir: Qarabağda ölən dinc sakinlərə, uşaqlara dünya soyuqqanlı yanaşır

 

“Cəbhədə ermənilər tərəfindən azərbaycanlı uşaqların öldürülməsi birinci hal deyil. Bundan öncə də belə vəhşi hadisələr olub. Bir neçə il bundan qabaq ermənilər oyuncağın içinə partlayıcı qurğu yerləşdirmişdilər”.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

“Həmin vaxt da dünya ictimaiyyəti bu hadisəyə sakit yanaşmışdı. Ümid edirik ki, bu dəfə belə olmayacaq, dünya ictimaiyyəti bu hadisəyə lazımi qiymət verəcək. İki yaşlı Zəhra həyatını itirdi, ona görə ki, dünya ictimaiyyəti bu münaqişənin bitməli olduğunu anlasın. Bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Dinc sakinlər, uşaqlar ölürlər. Lakin bütün dünya buna soyuqqanlı yanaşır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bundan başqa nə arqument, nə sübut lazımdır ki? BMT-nin dörd qətnaməsi var. Lakin bütün bunlara, cəbhədə uşaqların qanının tökülməsinə dünya sakit yanaşır. Bir daha dünya ictimaiyyətini Dağlıq Qarabağda baş verənlərə diqqət yetirməyə çağırırıq. Onları ədalətli olmağa, münaqişənin həllini beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çağırıram. Bəli, bu hüquq çətindir. Lakin burada hər şey aşkardır. Təcavüzkar kimdir, qurban kimdir məlumdur. Məlumdur ki, kim hansı yolla nəyə nail olmaq istəyir”, - deyə o vurğulayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024