Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-02-2015, 11:32)
Fransız tarixçidən Qarabağ açıqlaması

“Ermənilər bölgənin tarixini saxtalaşdırıblar...”

 

Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində Azərbaycanın Fransadakı səfirliyinin və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Senatın binasında “Dağlıq Qarabağ münaqişəsi: Qafqazın təhlükəsizliyi və sabitliyi üçün faciəli nəticələr və mühüm çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.
Senatın Fransa-Qafqaz dostluq qrupunun sədri Andre Reşar tədbirdə çıxış edərək regionda hazırda çox ağır vəziyyət yarandığını diqqətə çatdırıb, stabilliyə və təhlükəsizliyə nail olmaq üçün Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin vacib olduğunu vurğulayıb.
Fransa-Qafqaz dostluq qrupunun Fransa-Azərbaycan əlaqələrinin inkişafında rolunu yüksək qiymətləndirən səfir Elçin Əmirbəyov öz çıxışında faciəvi nəticələrə səbəb olan münaqişədən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də öz həllini tapmadığını qeyd edib. O, Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın münaqişənin dinc yolla həlli istiqamətində göstərdiyi səylərdən danışıb.
Diplomat ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edilməsindən, Azərbaycanın əzəl torpağı Dağlıq Qarabağın bir parçası olan Xocalıda ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən, beynəlxalq təşkilatların bu hadisəyə siyasi qiymət verməməsindən bəhs edib, soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropanın bir çox ölkələrində, o cümlədən Fransada keçirilən tədbirləri diqqətə çatdırıb.
Münaqişəsinin tarixindən və baş vermə səbəblərindən söhbət açan Azərbaycan Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov Ermənistanın 1987-ci ildən Dağlıq Qarabağı ələ keçirmək üçün tarixi saxtalaşdıraraq ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etdiyini vurğulayıb. O, SSRİ-nin süqutundan sonra əllərinə imkan düşən erməni millətçilərinin səyləri nəticəsində 1991-ci ilin sonları, 1992-ci ilin əvvəllərində münaqişənin hərbi fazaya daxil olduğunu,
 Ermənistanın Dağlıq Qarabağ və ona bitişik 7 Azərbaycan rayonunu işğal etdiyini, müharibə zamanı on minlərlə insanın həlak olduğunu və yaralandığını, ermənilərin apardıqları etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamağa vadar olduğunu bildirib. İsmayılov Haaqa, Paris, Avropa və UNESCO konvensiyalarına məhəl qoymayan ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində saysız-hesabsız tarixi və mədəni abidələri, mədəniyyət ocaqlarını, muzeyləri, məktəbləri dağıtdıqlarını vurğulayıb.
Ş.İsmayılov ermənilərin Azərbaycanın Xocalı şəhərində tarixdə görünməmiş vəhşiliyə əl atmalarından, hətta qadınlara, uşaqlara və yaşlı insanlara belə aman verməyərək onları amansızlıqla qətlə yetirmələrindən, yüzlərlə günahsız azərbaycanlının qanına əlləri bulaşan bir çox erməninin hazırda Ermənistanda hakimiyyətdə olmalarından da söz açıb. 
Eyni zamanda Azərbaycanın işğal edilmiş ərazilərinin heç bir şərt qoyulmadan dərhal azad edilməsi haqda BMT sənədlərinə, Avropa Şurasının 1416 saylı qətnaməsinə Ermənistan hakimiyyətinin məhəl qoymadığı və öz işğalçılıq siyasətini davam etdirdiyi bildirilib.
Əcdadlarının və valideynlərinin daim Dağlıq Qarabağda yaşadıqlarından bəhs edən laçınlı köçkün və hazırda İtaliyada təhsil alan Səbinə Əsədova erməni hərbi qüvvələrinin silah gücünə zorla el-obalarından çıxarılan azərbaycanlıların öz doğma vətənlərində qaçqın və köçkünə çevrilmələrindən, onların ilk vaxtlar çox ağır vəziyyətdə yaşamalarından danışıb. O, dövlətimizin qayğısı sayəsində hazırda onların yaşayış şəraitinin yaxşılaşdığını vurğulayıb. S.Əsədova qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına beynəlxalq təşkilatların göstərdikləri biganəlikdən təəssüf hissi keçirdiyini bildirib.
Ermənilərin XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı müharibədən sonra Azərbaycan ərazisinə köçürüldüyünü və onların əksəriyyətinin Dağlıq Qarabağda yerləşdirildiyini, nəticədə tədricən demoqrafiyanın ermənilərin xeyrinə dəyişdiyini diqqətə çatdıran fransız tarixçi Maksim Goen ermənilərin ərazi ilə bağlı tarixi saxtalaşdırmağa çalışdıqlarını, azərbaycanlıların dəfələrlə ermənilərin hücumlarına məruz qaldıqlarını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünyada mövcud olan münaqişələrdən tamamilə fərqləndiyini qeyd edən politoloq Pyer Conesa bu münaqişənin daha təhlükəli olduğunu və hər an alovlanmaq riskinin yüksək olduğunu söyləyib. Regionun təhlükəsizliyi və stabilliyi naminə münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini bildirən politoloq beynəlxalq təşkilatların bu istiqamətdəki fəaliyyətinin reallaşmamasının əsas səbəbini işğalçı tərəfin konstruktiv danışıqlardan boyun qaçırması ilə əlaqələndirib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024