Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-06-2017, 10:01)
Braziliyanın prezidenti G-20 sammitində iştirakını ləğv etdi

Braziliyanın prezidenti G-20 sammitində iştirakını ləğv etdi

 

Braziliyanın prezidenti Mişel Temer G-20 (“böyük iyirmilik”) ölkələri liderlərinin sammitində iştirakını ləğv edib.

Mediatv.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə M.Temerin administrasiyasının məlumatında bildirilir.

Qərarın səbəbləri açıqlanmır. G-20 ölkələri liderlərinin növbəti sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

İyunun 27-də Braziliyanın baş prokuroru Rodriqu Jano prezident Mişel Temerə qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb. Baş prokuror müvafiq sənədi Braziliya Konqresinin aşağı palatasına təqdim edib. Qanunvericiliyə əsasən, Mişel Temerə qarşı cinayət işinin açılması üçün konqres üzvlərinin ikidə üçü təqdim edilən sənədi dəstəkləməlidir.

Qeyd edək ki, may ayından etibarən Braziliyada etirazçılar prezidentin istefasını tələb edir. Etirazlara səbəb Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı olub. Səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. Eduardo Kunya vaxtilə sabiq prezident Dilma Russeffin impiçmentinin təşəbbüskarı olub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024