Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-04-2016, 09:39)
MSK-nın yeni tərkibi bilindi-sədr müəmması qalır...

MSK-nın yeni tərkibi bilindi-sədr müəmması qalır...

YAP-ın mətbuat katibi Hüseyn Paşayev yeni görəv alacaq, quruma kimin başçılıq edəcəyi yaxın günlərdə bilinəcək 

 

Mediatv.az xəbər verir ki, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar - hakim Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası və bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq nümayəndələrinin siyahısını parlamentə təqdim ediblər.
 
Siyahıda Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Mikayıl Rəhimov, Tofiq Həsənov, Almas Qəhrəmanlı və İlkin Şahbazovun adı var.
 
MSK-nın 2010-cu ildə formalaşan tərkibindən iki nəfərin - Tamam Cəfərovanın və Akif Qurbanovun adı çıxarılıb, onların yerinə isə Hüseyn Paşayev (YAP) və İlkin Şahbazovun (Sosial Rifah Partiyası) adı əlavə olunub.
A.Qurbanov Ümid Partiyasının MSK-dakı təmsilçisi idi. Lakin 2015-ci ildə keçirilən parlament seçkilərində Ümid Partiyası deputat mandatı qazana bilməyib.
Məsələ Milli Məclisin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.(report.az) 
MSK-nın hazırkı tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb, tərkibi 18 üzvdən ibarətdir. Komissiya üzvlərini Milli Məclisdə təmsil olunan siyasi partiyaların və bitərəf deputatların irəli sürdüyü namizədlər əsasında Milli Məclis təsdiqləyir.
MSK-nın 2010-cu ildə formalaşan tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir.
 
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. MSK 18 üzvdən ibarətdir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan deputatları, 6 üzvü isə Milli Məclisdə azlıq təşkil edən partiyaları təmsil edir. 
 
Məlumatlara görə, MSK-nın formalaşdırılmasının ləngiməsinin səbəbi M.Pənahovun vəzifəsindən azad ediləcəyi ilə bağlıdır. 
 
M.Pənahovun varisi haqda da ən müxtəlif məlumatlar var. Məsələn, bu posta ən real namizədlər sırasında ölkədə bütün qanunların hazırlanmasında əsas fiqurlardan olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin adı çəkilir. Bundan başqa, Prezident Administrasiyasında da bir neçə nəfərin bu posta namizədliyinin müzakirə edildiyi söylənilir.  Yeni tərkib formalaşdıqdan sonra sədr məsələsinə də aydınlıq gələcək. Hələ ki müəmma qalır. 
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024