Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (14-03-2016, 12:56)
Vaxtı ilə dayısı nazir olan bacıoğlunun müdhiş cinayətləri... - İTTİHAM VAR

 

“Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Regional şöbəsinin rəisi Anar Səfərli və onun o vaxtkı havadarlarının almaq istədikləri qeyri-qanuni pulları verə bilmədiyim üçün çıxılmaz vəziyyətdə qalmışam”

Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, ev 10, mənzil 8 –də yaşayan “Amal-D” MMC-nin direktoru Məmmədov Dönməz Əbdülxaliq oğlu Prezident İlham Əliyevə şikayət ərizəsi ünvanlayıb. 

Həmin məktubu qısa ixtisarla təqdim edirik:

“Cənab Prezident! Sizə məmur özbaşınalıqları ilə bağlı müraciət etməli oluram. 2015-ci ilin mart ayının əvvəllərində açıq savaşa keçən MTN-nin Sumqayıt şəhər şöbəsinin məsul şəxsləri və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Regional şöbəsinin rəisi Anar Səfərli və onun o vaxtkı havadarları Bakı şəhər Nəqliyyat Departamentinin rəisi E.Hacıyev (MTN-nin sabiq naziri E.Mahmudovun bibisi oğlu), müavini D.Əfəndiyevin almaq istədikləri qeyri-qanuni pulları verə bilmədiyim üçün çıxılmaz vəziyyətdə qalmışam.

“Amal-D” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası prezideni İlham Əliyevin 30.04.2007-ci il tarixli fərmanına əsasən “bir pəncərə” prinsipi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydə alınmışdır. Bizim müəssisəyə hörmətli nəqliyyat naziri Ziya Məmmədov tərəfindən 12 iyun 2012-ci il tarixli № 030702 saylı lisenziya verilmişdir. 2002-ci ildən 509 saylı marşrut üzrə sərnişin daşımalarını “Amal-D” Məhdud Məsuliyyətli Cəmiyyətinin həyata keçirməsinə icazə verilmişdir.

Həmin lisenziya ilə qanunauyğun surətdə sərnişin daşımalarını həyata keçiririk. 2002-ci ildən 2015-ci ilin mayına kimi işimizə müdaxiə olmadan normal fəaliyyət göstərmişik. Lakin 2015-ci ilin may ayında heç bir səbəb olmadan Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Regional şöbəsi qanunsuz olaraq fəaliyyətimizi dayandırdı. Həmin 509 saylı marşrut xətti başqa bir şirkətin, “Evra az” MMC-nin də istifadəsinə verilmiş, lakin mən aclıq etdikdən, möhtərəm prezidentə, Respublika Prokurorluğuna etdiyim müraciətdən sonra 2015-ci ilin avqust ayında 509 saylı marşrut xətti özümə qaytarıldı.

Bir müddət sonra Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat Xidməti Sumqayıt Regional Şöbəsi görünməmiş qanunsuzluğa əl ataraq, heç bir zərurət olmadan mənim marşrut xəttim üzərindən eyni başlanğıc dayanacaqdan son dayanacağadək (Sumqayıt şəhər Avtovağzal- Binə Ticarət Mərkəzi -Lökbatan qəsəbəsi ) bir-birini təkrarlayan marşrut xətti açdı.

Mənim heç bir yolum qalmadığı üçün təkrarən aclıq aksiyası keçirdim, bir daha Respublika Prokuroruna, prezidentə teleqram vurdum, bundan qorxuya düşən Dövlət Avtomobil Nəqliyyat Xidməti Sumqayıt Regional Şöbəsi 06.01.2015-ci il tarixli 001 saylı Əmrinə əsasən Sumqayıt şəhər Avtovağzal-Lökbatan qəsəbəsi istiqamətində 505 saylı marşrutun qanunsuz fəaliyyətini dayandırdı.
Bu əmrdə özləri də göstərdilər ki, 505 saylı marşrut mənə məxsus 509 saylı marşrutun yolunu təkrarladığı üçün fəaliyyətini dayandırıblar. Onların qanunsuz əməlləri barəsində mənim müraciətim əsasında Azərbaycan Respublikası Respublika Prokurorluğu Ağır cinayətlər üzrə İstintaq idarəsində cinayət işi qaldırılmışdır.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Regional şöbəsi mənim Azərbaycan Respublikası Prokurorluğu Ağır cinayətlər üzrə İstintaq İdarəsinə şikayət ərizəmi geri götürməyim əsasında bir daha mənə qarşı heç bir qanunsuzluq etməyib, fəaliyyətimə süni manelər yaratmayacaqlarına vəd versələr də, mənə külli miqdarda ziyan dəydiyi üşün şikayətimi geri götürmədim.

Məhz buna görə bir ay sonra Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Regional şöbəsi 06.01.2015-ci il tarixli 001 saylı Əmrinə zidd olaraq yenidən 505 saylı marşrutun qanunsuz fəaliyyətini bərpa etdi. Həmin gün Nəqliyyat Nazirliyi qarşısında mən Qarabağ müharibəsi veteranı heç bir çıxış nöqtəsi tapmadığımdan Azərbaycan bayrağına sarılaraq özümü yandırmağa cəhd etdim.
Lakin FHN-nin, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin əməkdaşları bu cəhdin qaşısını aldılar. Həmin dəqiqə məni Nəqliyyat nazirinin müavini Arif Əsgərov qəbul edərək araşdırma aparacağına, bu qanunsuzluğa son qoyacağına söz versə də, heç bir nəticə olmadı. Əksinə, həmin gün Nəqliyyat Nazirliyinin Mətbuat Xidməti bu hadisəni təhrif edərək ictimaiyyətə heç bir fakta əsaslanmayan məlumat yaydı.

Bildirdilər ki, bizə məxsus avtobuslar guya istismara yararsızdı. Lakin bizim avtobuslar 2013-cü il buraxılışlıdır. Bizim özümüzün avtoparkımız vardır. “Amal-D” MMC-ə məxsus avtomaşınlar gündəlik təmir edilir, xidmət göstərilir və nəqlyyat vasitələrinin təhlükəsz şəkildə fəaliyyətini təmin edirik. Lakin yuxarıda qeyd olunanlara əsaslanıb belə qənaətə gəlirik ki, bizim müəssisənin fəaliyyəti formal və süni qaydada dayandırılır.

Dövlət Avtomobil Nəqliyyat Xidməti və Sumqayıt Regional Şöbəsinin məsul şəxsləri özbaşnalığa və yalan məlumat vermələrinə son qoymasalar, edəcəyim qəsdə görə, həmin qurumun rəhbər şəxsləri məsuliyyət daşıyacaqlar.

Cənab Prezident! QARABAĞ MÜHARİBƏSİNİN VETERANI olaraq sizdən xahiş edirəm ki, “Amal-D” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə maneələrin aradan qaldırılmasına kömək edəsiniz”.(AzPolitika.info)
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024