Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-03-2016, 09:51)
Ermənistan “ürəyindən” vuran iki anlaşma – Bakı işğalçının izolyasiyasını gücləndirir

Ermənistan “ürəyindən” vuran iki anlaşma – Bakı işğalçının izolyasiyasını gücləndirir

Cəbhədəki son eskalasiyanın arxasındakı iqtisadi motivlər; Azərbaycanın İran və Gürcüstanla uğurlu anlaşmaları təcavüzkarın yuxusunu qaçırıb; İrəvanın ölkəmizə qarşı indi yeganə təzyiq rıçaqı Qarabağ “kartı”dır - o da Kremlin əlində... ( manşet) 

 

 
Mediatv.az:  Həftəsonu Azərbaycan ordusu ilə işğalçı erməni qüvvələrinin təmas xəttində növbəti və ciddi hərbi eskalasiya ilə yadda qaldı. Ancaq budəfəki gərginləşmə konflikt ətrafında yetərincə fərqli siyasi şəraitə və regional duruma təsadüf eləməsi ilə diqqət çəkdi. 
Şəraitin özəlliklərindən biri, sözsüz ki, Rusiya baş nazirinin müavini, ölkənin hərbi-sənaye kompleksinin əsas adamı Dmitri Roqozinin qəfil Bakı səfəri ilə bağlı idi. Cəbhədəki son eskalasiya elə həmin səfər günlərində qeydə alınıb. Burada təsadüfə gerçəkdən də yer yoxdur. Ötən yazılarımızda vurğuladığımız kimi, Roqozinin hərbi əməkdaşlıq mövzusu ilə yaxşı kamifuljay edilən Bakı səfəri həm də axır vaxtlar Qərblə ciddi anlaşmalar və yaxınlaşma içində olan Azərbaycana Kremlin incə bir mesajını çatdırmaq məqsədi güdə bilərdi. 
 
Hər halda Dmitri Roqozin prezident Putinin ən yaxın silahdaşlarından biri və qatı anti-Qərbçi kimi tanınır. Onun səfərindən bir neçə gün əvvəl isə Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı anti-Rusiya mahiyyətli sammiti keçirilmiş, Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimlərə hazırlaşdığı bəlli olmuşdu...
***
Yəni Qarabağ cəbhəsindəki gərginlik bu və başqa amillərə görə Kremlin ölkəmizə qarşı növbəti “əzələ nümayişi”məqsədi də güdə bilərdi. Rusiyanın Azərbaycanın əsas silah satıcısı olmasına rəğmən, belə görünür, şimal qonşumuz Azərbaycanın onun təsir dairəsindən çox uzağa getməsinə ifrat həssas yanaşır və çəkindirici amillər qismində özünün Ermənistanla strateji müttəfiqliyini, Qarabağ kartını vaxtaşırı Bakının yadına salmağa ehtiyac duyur.  
Yeri gəlmişkən, təmas xəttindəki gərginliyin digər motivi və səbəbkarı qismində işğalçı Ermənistanın davranışı və durumunu qeyd eləmək lazım gəlir. Məsələ də ondadır ki, son eskalasiya ilə bağlı İrəvan və Moskvanın maraqlarının üst-üstə düşməsi istisna deyil. Söhbət nədən gedir? 
Sirr deyil ki, Azərbaycan prezidenti İlham Əliyevin kifayət qədər uğurlu sayılan İran səfəri və ötən həftə SOCAR-la Gürcüstan hökuməti arasında nəhayət, baş tutan qaz anlaşması Ermənistanın izolyasiyasını gücləndirib. Daha dəqiq desək, Bakının Tehran və Tiflislə nəqliyyat (Şimal-Cənub dəmiryolu) və qaz anlaşmalarından region ölkələrin hamısı - Azərbaycan, İran, Gürcüstan, hətta Rusiya uduşda olsa da, təkcə Ermənistan heç nə qazanmayıb, əksinə.
İrəvanda çox ümid edirdilər ki, İran Azərbaycanla bir sıra mühüm anlaşmalar əldə eləsə də, inşası yarımçıq qalmış İran-Ermənistan dəmiryolu layihəsinə onun marağını azalmayacaq. Bu layihə isə Ermənistanın xarici aləmə (Rusiya, Şərqi Avropa) çıxışını təmin edə biləcək əsas nəqliyyat arteriyası sayılır. 
 
 
Təsadüfi deyil ki, tanınmış erməni iqtisadçı-ekspertləri də ölkənin blokadadan çıxması üçün onu yeganə şans hesab edir və bu üzdən imkanlı erməni lobbisinin də səyləri ilə, nəyin bahasına olur-olsun onun reallaşmasını vacib sayırlar, əks təqdirdə Ermənistana daha qaranlıq gələcək, iqtisadi çöküş vəd edirlər.
Lakin Tehranda imzalanan və ilin sonunda işə düşməsi gözlənilən Şimal-Cənub dəhlizi barədə protokol bu marşrutun olan-qalan əhəmiyyətini faktiki, heçə endirib və onun taleyini böyük sual altına qoyub. 
Erməni ekspertlərin də etiraf etdiyi kimi, artıq aydın olub ki, sanksiyalardan təzəcə qurtulan İrandan ötrü Azərbaycan öz strateji coğrafi mövqeyi və neft-qa ehtiyatları ilə qat-qat əlverişli iqtisadi-ticari tərəfdaşdır, nəinki kasad, perspektivsiz və blokadada olan Ermənistan. Qısası, izolyasiyada olan və müstəqil xarici siyasətdən məhrum anklav Ermənistan Rusiyadan savayı indi heç kim üçün iqtisadi önəm kəsb eləmir, o cümlədən İran üçün.
*   *   *
İran-Ermənistan dəmiryolu xəttinə bəslənən ümidlərin dəfn olunmasının ardınca işğalçı Bakıdan iqtisadi xarakterli daha bir zərbə aldı: ötən həftəsonu SOCAR-la Gürcüstan arasında əlavə qaz tədarükü barədə əldə olunan anlaşma İrandan Gürcüstana Ermənistandan keçməsi ehtimal edilən (Azərbaycan variantı da gündəmdə idi) qaz xətti məsələsinin aktuallığını sıfırladı.    
SOCAR bununla Tiflisin “Qazprom”la aylarla davam edən danışıqlarına da son qoymuş oldu və Gürcüstanın, elə həm də Azərbaycanın Rusiyadan energetik müstəqilliyini və təhlükəsizliyini möhkəmlətdi. Obrazlı desək, Bakı Azərbaycanın “Qərb qapısı” Gürcüstanı Rusiyanın ağzından almaqla yanaşı, Ermənistanın mühüm nəfəsliklərindən sayılan İran üçün işğalçı ölkənin energetik (tranzit) dəyərini də əngəllədi. 
Bu fakt, habelə, Bakı ilə Tehran arasında Xəzərin neft-qaz ehtiyatlarının birgə istismarı barədə imzalanan sənədlər, ümumən iqtisadi əməkdaşlıq sahəsində yaxınlaşmalar İranın öz nəhəng qaz ehtiyatlarını Avropa bazarına Ermənistan deyil, məhz Azərbaycan və ya Türkiyə vasitəsilə nəql edəcəyi qənaətini də gücləndirib.
 
*   *   * 
Tiflis anlaşması, şübhəsiz, Moskvanı məmnun etməyəcək. Azərbaycanla bağlı bölgədəki digər mühüm gəlişmələri də ciddiyə alsaq, Rusiyanın Azərbaycana münasibətdə, yəqin ki, hansısa yeni təhdidedici addımlarının şahidi olacağıq. Bakıya Kreml emissarlarının (Roqozin, Karasin) artan səfərləri bunun xəbərçisi hesab oluna bilər. 
Hərgah, rəsmi Bakı bacardıqca balansı qorumağa və Rusiyanın bölgədəki həyati maraqlarını nəzərə almağa çalışır. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Tehranda imzalanan sənəd məhz bu imperativdən qaynaqlanır(dı). Ancaq unutmayaq ki, bu - proqnoza yatmayan, daima öz qonşularından birtərəfli güzəştlər uman Rusiyadır...
Kreml və İrəvanın Bakıya qarşı əsas təhdidedici rıçağı isə Qarabağ kartıdır. Fəqət, bu kartdan Ermənistan, bəlli məsələdir ki, istədiyi kimi yararlana bilməz. Yalnız “ağa” icazə versə və “ağa”nın da maraqları tələb eləsə. Necə ki, cəbhə xəttindəki son eskalasiya buna şübhə saxlamadı.   
Musavat.com
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024