Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-12-2015, 16:46)
"MTN-nin ləğv edilməsi doğru addımdır"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Ölkə başçısının fərmanı ilə MTN-nin əvəzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

 

Mediatv.az xəbər verir ki, Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.

Keçmiş MTN əməkdaşı, politoloq Arzu Nağıyev azvision.az-a açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində xarici və daxili kəşfiyyat strukturları bir-birindən ayrıdır: “Azərbaycan miqyasında Milli Təhlükəsizlik Nazirliyi kimi böyük bir təşkilatın saxlanılması məqsədə müvafiq deyildi. Məhz buna görə də prezident İlham Əliyevin vaxtında verdiyi sərəncamla bu struktur iki ayrı quruma çevrildi. Hesab edirəm ki, MTN-nin ləğv edilməsi doğru addımdır. Bu, günün tələblərinə görə yerində verilmiş qərardır”.

A. Nağıyev deyib ki, yaxın vaxtlarda yaradılan xidmətlərdə struktur dəyişikliyi aparılacaq: “Bundan sonra hər iki xidmət öz işi ilə məşğul olacaq. Bu xidmətlərin yaradılması ilə onların çevikliyi artacaq. Dövlətin təhlükəsizlik tədbirləri daha da möhkəmlənəcək. Bu qurumlar öz işlərini mükəmməl şəkildə qurmalıdırlar. Hesab edirəm ki, DTX və XTX MTN-dən fərqli olaraq iqtisadiyyat, siyasət və başqa məsələlərlə məşğul olmayacaqlar”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024