Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-11-2015, 13:51)
İsa Qəmbər: “Türkiyənin addımı doğrudur və müzakirə edilməməlidir”

isa-qember-6.jpg

 

“Türkiyənin addımı beynəlxalq normalara uyğun olub, bu addım müzakirə obyekti ola bilməz”.

Mediatv.az xəbər verir ki, bu sözləri Müsavatın sabiq başqanı İsa Qəmbər Türkiyənin Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı qalmaqalı şərh edərəkən bildirib.

İsa Qəmbər Türkiyənin bu addımı ətrafında müzakirə belə aparmağın yersiz olduğunu söyləyib. O, Rusiya hərbi təyyarələrinin Türkiyə hava məkanını pozmasının ilk hadisə olmadığını, bu haqda Rusiya tərəfə dəfələrlə xəbərdarlıq edildiyini xatırladıb. (Turan)

İ.Qəmbərə görə, bu addım həm də bölgədə gərginliyin hansı həddə olmasının göstəricisidir. O, qeyd edib ki, bu gərginliyi nəzərə alaraq istənilən dövlət ölçülü-biçili addım atmalıdır. İ.Qəmbər bu faktı həm də Ukraynadakı hərəkətlərilə beynəlxalq münasibətlər sisteminə zərbə vuran Rusiyaya xəbərdarlıq kimi dəyərləndirib.

Bu məsələdə Azərbaycanın mövqeyinə gəlincə, İ.Qəmbərə görə, Azərbaycan birmənalı olaraq türkmənlərin və qardaş Türkiyənin yanında olmalıdır. O qeyd edib ki, bu, həm də Azərbaycan kimi problemləri olan dövlətlərə təhlükəsizlik sistemi baxımından kimin yanında olması seçimi etmək xəbərdarlığıdır.

İ.Qəmbər bildirib ki, bu halda Azərbaycan Avroatlantik məkana inteqrasiya yönümlü seçimini etməlidir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024