Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-11-2015, 15:34)
“Azərbaycan qazı Avropya 100 il kifayətdir” – Prezident

1da07d23f73b2593d9f2a70661ef34d0

 

“45 milyard dollar həcmində olan sərmayələr Xəzər sahilində hasil edilən qazın nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini yaratmağa imkan verəcək”
Azərbaycan prezidenti İlham Əliyev “Böyük İyirmiliyin” (G20) Antalya sammiti çərçivəsində keçirilən işçi lançda çıxış edib.
Mediatv.az-ın xəbərinə görə, dövlət başçısı çıxışında Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli əlaqələrin inkişaf etdiyini vurğulayaraq, Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırladıb. İki ölkə arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirən prezident Azərbaycan və Türkiyə arasında uğurla reallaşdırılan mühüm energetika və digər layihələrin yalnız region deyil, dünya miqyasında da böyük əhəmiyyətə malik olduğunu deyib:
“Ölkələrimiz arasında tərəfdaşlıq daim artmaqdadır. O cümlədən Türkiyə ilə energetika sahəsində tərəfdaşlıq regional tərəfdaşlıqdan qlobal tərəfdaşlığa keçib. Biz Türkiyə ilə birgə mühüm energetika layihələrini çox uğurla həyata keçiririk. Azərbaycan XIX əsrin ortalarında neftin çıxarıldığı ilk ölkədir. Sonradan XX əsrin ortalarında Abşeronda neft hasil olunmağa başladı. İndi, XXI əsrdə, biz Cənub Qaz Dəhlizi layihəsini həyata keçiririk. Artıq xeyli hissəsi gerçəkləşdirilmiş bu layihə Azərbaycanın və Türkiyənin fəal iştirakı ilə uğurla reallaşır. Mən Türkiyə və Azərbaycanı, Xəzər və Aralıq dənizini birləşdirən layihəni nəzərdə tuturam. Bu, tarixdə ilk hadisədir. Həmçinin Türkiyə və Azərbaycanı birləşdirən qaz boru kəmərini qeyd edirəm. Beləliklə də, biz təkcə neft deyil, həm də qaz ixracatçısı ölkəsinə də çevrilirik. Hər iki layihə təxminən 10 il bundan əvvəl həyata keçirilməyə başlayıb. Onların fəaliyyəti bizə daha çox neft və qaz satmağa, tərəfdaşlarımıza isə alternativ enerji mənbələrindən istifadə etməyə kömək edir. Məlum olduğu kimi, Xəzər dənizinin dünya okeanına çıxışı yoxdur. Buna baxmayaraq, Azərbaycan ilk ölkədir ki, belə bir şəraitdə öz təbii ehtiyatlarını dünyaya çatdıra bilir. Biz şadıq ki, 1994-cü ildə tərəfdaşlarımızla birgə işə başladıq. O vaxtdan bu tərəfdaşlıq uğurla davam edir. Mən həmçinin demək istəyirəm ki, ölkələrimiz və dostlarımız arasında olan bu tərəfdaşlıq bizə bu layihələri həyata keçirməyə imkan verib. Biz ümid edirik ki, “Cənub” qaz dəhlizi layihəsi də uğurla gerçəkləşəcək. Mən dəstəyə və eyni istiqamətdə irəli hərəkət etməyimizə görə prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm. Bizim yaxşı investorlarımız var. Həmçinin Birləşmiş Ştatların bütün reallaşan layihələrə dəstək verdiyinə görə prezident Obamaya minnətdarlığımı bildirmək istərdim. Bu dəstək olmadan biz xüsusilə 1990-cı illərin ortalarında əldə etdiyimiz uğurlara nail ola bilməzdik. Biz həmçinin Böyük Britaniyanın baş naziri Kemerona təşəkkür etmək istərdik. Böyük Britaniya artıq 20 ildən çoxdur ki, Azərbaycanda ən böyük sərmayədardır. Və bu, bizə həm ticarətdə, həm də investisiya və digər sahələrdə tərəfdaşlığımızı çox yüksək səviyyəyə çatdırmağa imkan verdi. Mən dostum Renziyə bununla bağlı təşəkkür etmək istərdim. İtaliya bundan sonra da bu qazın ən böyük idxalçısı olacaq. Bu layihənin həyata keçirilməsi bizə İtaliya vasitəsilə digər ölkələrin bazarlarına çıxmağa imkan verəcək. Qırx beş milyard dollar həcmində olan sərmayələr Xəzər dənizi sahilində hasil edilən qazın nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini yaratmağa imkan verəcək. Həmin qaz Gürcüstan və Türkiyə ərazisindən keçərək Yunanıstana, Bolqarıstana, daha sonra Albaniyaya və nəhayət Adriatik dənizindən İtaliyaya daxil olacaq. Bu layihə müvafiq ölkələrin hökumətlərinin və şirkətlərinin göstərdiyi səylərin əlaqələndirilməsini tələb edir və biz həmin əlaqələndirmənin, əməkdaşlığın artıq nəticələrini görürük”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir: “Bu, təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi məsələsinə ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Bu, şaxələndirmə layihəsidir. Bu halda şaxələndirmə tək marşrutların deyil – halbuki, bu əhəmiyyətlidir – həm də, mənbələrin şaxələndirilməsi deməkdir. Bu baxımdan bizim mənbə Avropa üçün yenidir. Bizim marşrut Avropa üçün yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək və Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib. Əlbəttə ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik. Bütün məqsədlərə nail olmaq üçün biz bütün tərəflər üçün əlverişli vəziyyəti yaratmalıyıq. Çox sağ olun”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024