Karusel (6-10-2015, 17:51)
Arif Hacılı: “Müsavat seçkilərdə iştirak qərarına yenidən baxacaq”
“Müsavat Partiyasının parlament seçkilərində iştirak etməsi müxalifətin mövcudluğunu sübut edir. Seçkilərin boykotu asandır, əsas olan çətin seçkidə iştirakdır”.
Mediatv.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, partiyanın 12 üzvünün deputatlığa namizədliyi qeydə alınıb: “Bu müddət ərzində 300 mindən çox seçici ilə təmasda olmuşuq. Bilirsiniz ki, namizədlərin qeydiyyatı ilə bağlı Müsavat üzvlərinə əngəllər yaradırlar. Ona görə də partiya seçkidə iştirakla bağlı qərarına yenidən baxacaq. Deputatlığa namizədlərin qeydiyyatı başa çatdıqdan sonra seçkilərdə iştirakın formasına bir daha baxacağıq. Seçkidə iştirakla bağlı qərarı NİDA və REAL hərəkatlarının nümayəndələri ilə birgə müzakirə edəcəyik. Amma yekun qərar partiya Divanının fövqəladə toplantsında qəbul olunacaq”.
A. Hacılı partiyanın VIII qurultayından sonra yaranmış fikir ayrılığına bir daha toxunub. O, bunu normal siyasi proses adlandırıb.
“Qurultaydan sonra Azərbaycan cəmiyyətində Müsavat Partiyasının strukturları ilə bağlı müəyyən narahatlıq olub. Ötən dövrdə partiyanın bütün strukturları yenidən qurulub. Bütün bu işlər demokratik prinsiplərə uyğun olaraq aparılıb. Deyə bilərəm ki, Müsavat Partiyası qurultaydan sonra xeyli gücləndirilib. Bəzi qüvvələrin partiyanı parçalamaq cəhdləri uğursuzluğa düçar olub. Qurultaydan sonra Müsavat Partiyasının Nizamnaməsini pozan 14 nəfəri partiyadan xaric etmişik, partiyadan təxminən 100-dək üzv isə özü çıxıb. Amma bunun əvəzində partiyaya xeyli üzv qəbul olunub”, - deyə o bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024