Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (24-10-2015, 20:59)
Seçkidən çəkilən başçı müavini işə çıxmır - Səbəb

17 saylı Yasamal III Seçki Dairəsindən namizədliyini geri götürən YAP üzvü Lalə Əhmədova başçı müavini olduğu Xəzər Rayon İcra Hakimiyyətində işə çıxmır. 


Xəzər RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov Axar.az-a bildirib ki, icra başçısının müavini L.Əhmədova hazırda məzuniyyətdədir. 

Şöbə müdirinin sözlərinə görə, parlament seçkilərində iştiraka qərar verdiyi üçün L.Əhmədova dövlət qulluğu vəzifəsindən ərizə yazaraq çıxmışdı. Onun yenidən işə bərpa olunacağı gözlənilir. 

G.Qurbanov deyib ki, onun deputatlığa namizədliyini niyə geri götürməsinin səbəblərini bilmir. 

Qeyd edək ki, L.Əhmədova 17 saylı dairənin favoriti hesab edilirdi. Hazırda sözügedən dairədə mübarizə Şahin Abbasov (VİP), Mehriban Abdullayeva (BDU-nun pasport qeydiyyatçısı), Elşad Həsənov (hüquqşünas, bitərəf), Dünyamalı İmaməliyev (BAXCP), Cavad Quliyev (işsiz) və jurnalist İlhamiyyə Rzayeva arasında gedir. 

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024