Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-10-2015, 21:09)
“Qısa müddətdə erməni tərəfinə güclü zərbə vurmuşuq" - Zakir Həsənov

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən oktyabrın 21-də Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən yaşayış binasının açılış mərasimi keçirilib.

Mediatv.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri ilə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edərək bildirib:

İlin sonuna kimi yalnız Bakı qarnizonunda 500-dən artıq yeni xidməti mənzillərin istifadəyə verilməsini planlaşdırırıq. Hərbi Hava Qüvvələrinin digər aviabazalarında hazırda 3 yaşayış binasının tikintisi davam etdirilir. 2015-ci ilin sonunadək biz 10-dək yeni hərbi hissənin açılışında iştirak edəcəyik. Görülən işlərin hamısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsidir.

Ali Baş Komandan Silahlı Qüvvələrin bütün infrastrukturunun yenilənməsi ilə bağlı qarşımıza tapşırıq qoyub. Bu müddətdə biz xeyli işlər görüb, problemlərin əksər hissəsini həll etmişik. Ərazidə qərargah, əsgər yataqxanaları, yeməkxanalar, bu gün isə yeni yaşayış binası sizin istifadənizə verilir. Hərbi qulluqçular üçün ailəsinin rahatlığı onun xidmətinə çox müsbət təsir göstərir. Hazırda dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan gələn il üçün hərbi xərclərini yenə də artırdı. Silahlı Qüvvələrin möhkəmləndirilməsi Ali Baş Komandan, Azərbaycan dövləti və xalqı tərəfindən önəm verilən məsələlərdən ən əsasıdır. Bu, hərbi xidmətinizin yüksək səviyyədə təşkil olunması üçün sizə yaradılan şəraitdir. Orduya göstərilən bu diqqət ölkədəki sabitlikdən, iqtisadi inkişafdan və Ali Baş Komandanın qayğısından irəli gəlir”.


Nazir vurğulayıb ki, əsas problem torpaqlarımızın işğal altında qalmasıdır, bu problem Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələr tərəfindən həll olunacaq: “Qısa bir müddətdə erməni tərəfinə güclü zərbə vurmuşuq və qarşı tərəf panikadadır. Torpaqlarımızın azadlığı uğrunda düşmənə vurulacaq zərbədə əsas rolu o cümlədən Hərbi Hava Qüvvələri yerinə yetirəcək və Azərbaycan xalqının, cənab Prezidentin etimadını doğruldacaqsınız”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024