Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel / Slayd (10-08-2015, 09:30)
Millət vəkili öldürülən jurnalistdən danışdı

Millət vəkili öldürülən jurnalistdən danışdı

 

"Ağır hadisədir, hüququn yerinə fiziki güclə məsələni çözürlər. Bir statusa görə jurnalisti öldürmək, bir xoşa gəlməyən cavaba görə dostunu, qadını, ərini, yaxınlarını, çevrədəki insanları qətlə yetirməyin ənənəyə çevrildiyi bir cəmiyyətin gəlib çıxdığı real nəticədir".

ANS PRESS-in məlumatına görə, millət vəkili Fazil Mustafa Facebook səhifəsində jurnalist Rasim Əliyaevin döyülərək öldürülməsinə münasibət bildirib.

Öldürülən jurnalistin yaxınlarına başsağlığı verən millət vəkili bildirib ki, bu hadisə ilə əlaqədar başqa bir neçə detala soyuqqanlı diqqət yetirməliyik: "Ölkəni xaricdə təmsil edən əksər futbolçular kimi, bu futbolçunun da təhsili və dünyagörüşü aşağıdı, bunu da yanlış jestlərlə, jurnalistlərin suallarına cavablarla biruzə verir. Kiprli jurnalist soruşur ki, niyə türk bayrağını qaldırdın, cavab verir ki, "türklər mənim dostumdur!" "Biz də türkük!" demək nə qədər ciddi hazırlıq tələb edir?

Mərhum jurnalistin peşə hazırlığı yetərli deyildi, birbaşa gənc futbolçunu əxlaqsız və tərbiyəsiz adlandırır, halbuki dilin imkanları yetərincədir ki, söyləmək istədiyi ən sərt fikri belə daha mədəni üslubda və dolayı formada ifadə etsin. Futbolçunun bu hadisəyə qarışan qohumlarının təəssübkeşlik duyğusu da insan həyatına sayğıdan xeyli yuxarıdadır.

Ən acınacaqlısı isə ədalətin məhkəmə yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır ve insanlar öz "qanunları ilə" bir-birini susdurmağa cəhd edirler. Qısacası, bu aqressivliyin azalmasını, insanların hüquqa, bir-birinin haqqına hörmət etməsini istədiyimiz cəmiyyətdə futbolçusu da, jurnalisti də, siyasətçisi də, sahibkari da, polisi də, müəllimi də, oğrusu da, müğənnisi də lazımi təhsil almalıdır, sağlam dünyagörüşə sahib olmalıdır.

Unutmayaq ki, ötən aylarda bir müğənni də apardığı "razborka"nı rahatlıqla videoya qoymuşdu, məmur-sahibkar övladları yol polisi hansı səviyyədə təhqir etmişdi. Hüquq ədalətli şəkildə insanlara toxunmayanda, insanlar bir-birinin hüququna bu kimi aqressiv formalarda toxunacaqlar. Yani hər kəs öz imtiyazı səviyəsində hüququn üzərinə çıxanda hüququn beli bükülmüş qalacaqdır. Linç etməklə problem çözülmür, bundan sonrakıları tərbiyələndirmək və hər kəsin ən azı özünə hörmət qazanmaq səviyyəsində tərbiyə sahibi olmasına ehtiyac var".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024