Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (25-07-2015, 21:19)
Keçmiş deputatdan "Aztelekom"a irad - Baş direktor isə təhlükəli oyunla məşğuldur

"Mən bu nazirliyin işindən çox narazıyam, Gədəbəyin kəndlərində, həmçinin Şınıx bölgəsində mənə söz verdikləri elektron ATS sona qədər quraşdırılmayıb. İnternet çox zəifdir, mobil operatorların da 3G-si və s. xidməti çox yarıtmazdır. Bir sözlə, nəzarət zəifdir. Ümid edim ki, tezlikcə bu problem həll olunacaq".

 
Mia.az xəbər verir ki, bunu keçmiş deputat, iqtisadçı Nazim Məmmədov sosial şəbəkədə açılan müzakirədə deyib.
 
Xatırladaq ki, rayonlarda rabitə sisteminə "Aztelekom" İstehsalat Birliyi nəzarət edir. Bu qurumun rəhbəri isə eyni zamanda, YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Məhəmməd Məmmədovdur. 
 
Onu da qeyd edək ki, M.Məmmədovun "Aztelekom"da ciddi korrupsiyaya yol verməsini az öncə Hesablama Palatası da rəsmi şəkildə bəyan edib. Bundan başqa, nazir Əli Abbasov da bu ilin əvvəlində kollegiyada ona irad tutaraq "yığışdırın rüşvəti", - deyə, barmaq silkələyib. 
 
Ancaq görünən odur ki, M.Məmmədov bu günə kimi şikayətlərə məhəl qoymamaqla yanaşı, həm də vəzifəsini də qorumağı bacarıb.
Bəs, onu kim himayə edir? M.Məmmədov YAP MNTK-nin nüfuzlu üzvlərinin hansılarının adından və necə yararlanır? Bu, baş direktora nə kimi təhlükələr vəd edir?
 
 Bax, Azərbaycan reallığında əsl araşdırma və sensasiya burdadır. Bu istiqamətdəki araşdırmamızı yaxın günlərdə oxuya bilərsiniz!

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024