Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-07-2015, 18:38)
Azərbaycanda internet qiymətləri niyə yüksəkdir?

 

Osman Gündüz: “İnternetin qiyməti və keyfiyyəti ilə bağlı Rabitə və Yüskək Texnologiyaları Nazirliyi prinsipial mövqe tutmur”

 

Azərbaycanda internet paketlərinin qiymətləri qonşu ölkələrlə müqayisədə dəfələrlə bahadır. Bununla yanaşı internetin keyfiyyəti və sürəti də bir o qədər aşağıdır. Nəticədə internet gəlir səviyyəsi aşağı olan insanlar üçün əlçatan deyil. 
Dünyanən bir çox ölkələrində 2-3 mbit sürətli internet anlayışı artıq yoxdur. Mobil operatorların təklif etdikləri internet paketləri də bundan fərqli deyil. Limitsiz internet anlayışına demək olar ki, əməl olunmur. Mobil operatorlara məxsus datakartlarda hər meqabayt- internetin “qızıl qiymətinə” təklif olunur. “Azərcell”-in təklif etdiyi 30 mb internet 1 AZN-dir, yəni müqayisə etsək 1 litr yanacaqdan bahadır. “Azərcell” datakartında 1 GB internet -6 AZN, 3 GB internet 12 AZN, 9 GB-18 AZN, 18 GB internet isə 24 AZN-dir. “Bakcell” və “Nar mobile”-ın təklif etdiyi internet paketlərin qiymətləri də prinsipcə də bundan fərqli deyil. 
Keyfiyyət məsələsinə gəlincə, sonuncu iki mobil operatorun şəbəkə xidməti zəif olduğundan bu operatorların internet kartlarından istifadə edənlər şəhərin mərkəzindən  bir qədər kənara çıxan kimi internetsiz qalırlar. 
Azərbaycanda internet xidməti ilə bağlı qeyd olunan problemlərə toxunan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Yeni Müsavat”a açıqlamasında hazırki qiymətlərin yüksək olmasını vurğuladı: “Azərbaycanda son dövrlər internet, mobil internet və mobil danışıq tarifləri ilə bağlı müəyyən endirimlər olsa da, hazırki qiymətləri qonşu ölkələrlə müqayisə etsək görərik ki, adını çəkdiyim bu üç xidmət hazırda Azərbaycanda xeyli bahadır. Bu xidmətlərin keyfiyyəti də arzuolunan səviyyədə deyil. Mən xatırlayıram ki, Rabitə və Yüskək Texnologiyalar  Nazirliyi bir neçə dəfə açıqlamalar verdi ki, mobil tariflərdə endirimlər olmalıdır. Lakin təəssüflər olsun ki, biz mobil operatorlar tərəfindən bu istiqamətdə cəhdlər görmürük. Mən düşünürəm ki, tənzimləyəci qurum olaraq nazirlik bununla bağlı konkret mövqe ortaya qoymalıdır. Biz hələ ki, bunu müşahidə etmirik. Nazirin özü dəfələrlə bu barədə açıqlama versə də heç bir addım atılmayıb”. 
Rabitə və Yüskək Texnologiyalar Nazirliyinin fəaliyyətini də tənqid edən ekspert bu qurumun tənzimləyici səlahiyyətlərindən yetərincə  istifadə etmədiyini bildirdi: “Nazirlik dəfələrlə internet və mobil danışıq xidmətinin keyfiyyətinin yoxlanması ilə bağlı açıqlamalar verib. Lakin bu yoxlamaların nəticələri heç zaman cəmiyyətə açıqlanmayıb. Cəmiyyətə informasiya verilir ki, nazirlik mobil operatorların və internet provayderlərin xidmətinin keyfiyyətini ölçür, lakin nəticələr ortada yoxdur. Lakin bu nəticələr mütləq açıqlanmalıdır və vətəndaş bu nəticələri qiymətləndirərək qərar verəcək ki, hansı operatordan istifadə etsin. Vətəndaşa belə bir imkan tanınmalıdır. Nəticələrin cəmiyyətə açıqlanmaması düzgün deyil. İnternetin qiyməti və keyfiyyəti ilə bağlı da Rabitə və Yüskək Texnologiyalar  Nazirliyi tərəfindən prinsipial mövqe tutulmur. Bu da bazarda dövlət provayderlərinin olması ilə bağlıdır. Bazarda 3 dövlət provayderi var- “Bakinternet”, “Aztelekom” və “Azdatakom”. Bunların internet tariflərini də Rabitə və Yüskək Texnologiyalar  Nazirliyi müəyyən edir. Düşünürəm ki, bu düzgün deyil, nazirlik ilk növbədə öz provayderlərində qiymətə və keyfiyyətə təsir etməlidir, sonra bu kimi hallar həllini tapacaq”. 
Mobil operatorların təklif  etdiyi internet paketlərinin qiymətinə gəlincə , O.Gündüz bildirdi ki, əgər Rabitə və Yüskək Texnologiyalar  Nazirliyi öz tənzimləyici funksiyasını yerinə yetirə bilsə, bu normal rəqabət üçün yetərli olar: “Digər ölkələrdən fərqli olaraq bizdə kommunikasiya sisteminin faəliyyətinə nəzarət edən müstəqil qurum yoxdur. Azərbaycanda bu Rabitə  Nazirliyinin nəzdindədir. Buna görə gərək nazirlik öz səlahiyyətlərindən istifadə edərək nəzarəti həyata keçirsin”. 
Ekspert onu da vurğuladı ki, Azərbaycanda normal keyfiyyətli internet elə də əlçatan deyil:  “Əhalinin regionlarda yaşayan hissəsi üçün keyfiyyətli internet əlçatmazdır. Bu problemləri Rabitə və Yüskək Texnologiyalar  Nazirliyi aşkara çıxartmalıdır. Bu qurum monitorinq aparmalıdır, aparır da. Lakin nəticələrini cəmiyyətə açıqlamır və problemlərin həlli üçün addım atmır”. 
шаблоны для dle 11.2

Xəbər lenti
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025