Siyasət (19-02-2015, 18:49)
Tural Abbaslı: “Arif Hacılıdan heç bir vəzifə istəməmişəm”
“Mərkəzi Nəzarət-Təftiş Komissiyasının Qubad İbadoğlu ilə bağlı şikayətimə müsbət cavab verəcəyinə ümid etmirəm”
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.
T. Abbaslı partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun Müsavat üzvlüyünə bərpa edilməsi ilə bağlı Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) təqdim etdiyi arayışa cavab verilmədiyini bildirib: “Bununla maraqlananda dedilər ki, arayışa baxılması üçün bir ay vaxt var. Ancaq mən istənilən halda arayışa müsbət cavab veriləcəyinə, Divanın qərarının ləğv olunacağına ümid etmirəm. Çünki qurultaydan sonra MNTK-nın bir çox qərarlarını obyektiv saymıram”.
T. Abbaslı Müsavat Partiyasının başqanı Arif Hacılıdan vəzifə istədiyi barədə iddialara da münasibət bildirərək bunların həqiqətə uyğun olmadığını vurğulayıb: “Mən Arif Hacılıdan heç bir vəzifə istəməmişəm. Mən vaxtilə Divan üzvü idim və başqan müavinindən heç də aşağı vəzifə tutmurdum. Divan üzvü kimi kifayət qədər təsir imkanlarına malik idim. Sadəcə olaraq, biz Arif Hacılıya koalisyon rəhbərlik qurulmasını təklif etmişdik. Partiyanın ayrı-ayrı strukturlarında bərabər təmsilçiliyin tərəfdarı olmuşuq. Bu gün də təklif edirəm ki, Arif Hacılı partiyada barışıq mühitinin yaradılmasına şərait yaratsın, konsensusa gedilsin və partiyanı bu vəziyyətdən çıxaraq”.
MNTK sədri Sevinc Hüseynova isə T. Abbaslının təqdim etdiyi arayışın qeydiyyata alındığını və bununla əlaqədar araşdırma aparıldığını qeyd edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024