Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (14-07-2015, 13:04)
“Azərbaycan heç kəsin hökmranlığını qəbul etməyəcək” – Asim Mollazadə

 

Dünən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrinə dair iclasda prezident İlham Əliyev Avropaya inteqrasiya məsələsinə toxunub.

O bildirib ki, Avropa təsisatlarında Azərbaycana qarşı qərəzli münasibət var:

<p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;">
<p">

“Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, prezidentin mövqeyini bilməlisiniz.

İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi?<p">

Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər?

Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik”. <p"> <p">

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Asim Mollazadə prezidentin tam həqiqəti öz çıxışında əks etdirdiyini qeyd edib. O bildirib ki, Azərbaycan müstəqil ölkə kimi heç kəsin hökmranlığını, böyük qardaşlığını qəbul etməyəcək:<p">

“Azərbaycan ikitərəfli, çox şaxəli əməkdaşlığın tərəfdarıdır. Azərbaycan mədəniyyət, təhsil, iqtisadi sahədə Avropa ölkələri ilə ikitərəfli əməkdaşlıq edir. Lakin yeni böyük qardaş kimi, erməni lobbisinin təsiri ilə hansısa təzyiqlər, hansısa təsir etmə mexanizmləri Azərbaycanda işləməyəcək.

Biz bunu dəfələrlə bəyan etmişik ki, Azərbaycan qarşılıqlı dostluğun, əməkdaşlığın tərəfdarıdır. Lakin Azərbaycan heç bir ölkənin, birliyin təsiri ilə öz siyasətinə dəyişiklik etməyəcək”.<p">

<p">Deputatın sözlərinə görə, Azərbaycan tərəfindən hüququn aliliyini, beynəlxalq hüquq normalarının bərqərar olmağının tərəfdarı olması dəfələrlə qeyd edilib:<p">

 “Çox təəssüf ki, bir müddət beynəlxalq təşkilatlarda erməni lobbisinin təsiri ilə Azərbaycanın ərazisinin işğalına, BMT-nin qətnamələrinə göz yumulur, bu münaqişədən demək olar ki, Azərbaycana təsir kimi istifadə olunmağa çalışılır. Bu məsələ ilə bağlı prezident tam haqlı olaraq qeyd edib ki, Azərbaycan sülhün, əməkdaşlığın və beynəlxalq hüququn tərəfdarıdır. Bu cür oyunlarla Azərbaycanı təsir altında saxlamaq yolverilməzdir”. <p"> <p">

Asim Mollazadə qeyd edib ki, nəinki Azərbaycan əleyhinə siyasət aparılır, Avropa Oyunları, eyni zamanda “Eurovisia” ərəfəsində də Azərbaycana qarşı informasiya, ideoloji müharibə başlamışdılar:<p">

“Biz düşünürük ki, bu özü-özlüyündə Avropanın böyük humanist dəyərlərinə zidd dayandığı bir məsələdir. Azərbaycan böyük Avropa gəncliyinin, Avropa idmanın bayramını keçirir. Onların isə erməni lobbisi ilə birgə bizə qarşı informasiya müharibəsi başlanır.

<p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;"><p">

Bu, əslində tək Azərbaycana deyil, Avropanın maraqlarına, dəyərlərinə tərsdir.<p">Azərbaycan Avropaya inteqrasiyanı öz maraqları çərçivəsində görür. Söhbət mədəni inteqrasiya, iqtisadi əməkdaşlıq, birgə vahid təhsil sistemindən gedir. Yəni Azərbaycana zəruri olan istiqamətlərdə biz əməkdaşlığa fikir verəcəyik. Lakin Azərbaycana hansısa təzyiqlər, təsirlər və Azərbaycanı öz əsarətinə götürüb böyük qardaş siyasəti keçməyəcək”.  <p">

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024