Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-04-2015, 18:52)
Amerikalı səfirin YAP-dakı görüşündə nələrdən danışıldı?

Amerikalı səfirin YAP-dakı görüşündə nələrdən danışıldı?

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “a24.az”a müsahibəsində bu gün ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə YAP-da keçirilən görüş və ABŞ-Azərbaycan münasibətləri barədə danışıb. 

 

Mediatv.az” həmin müsahibəni təqdim edir:

- Siyavuş müəllim, bu gün təmsil etdiyiniz partiyada ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüş keçirildi. Sirr deyilsə, görüşdə hansı məsələlər müzakirə olundu?

– ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robet Sekuta YAP-da görüş istəyirdi. Onunla görüş keçirildi. Təbii ki, hər bir səfir ölkəyə gələndə, ayrı-ayrı dövlət strukturları ilə yanaşı, həm də siyasi sistemdə mövcud olan siyasi partiyalarla da görüş keçirir.

Görüşdə ölkələr arasında hazırki münasibətlər, partiyanın vəziyyəti, gələcəkdə əməkdaşlıq məsələləri müzakirə olundu. İlk dəfə idi ki, yeni səfirlə görüş keçirildi.

- Mediada I Avropa Oyunlarına qarşı Amerika dövlət katibi Con Kerrinin də iştirak etdiyi antiazərbaycan kampaniyası ilə bağlı araşdırma yayılıb. Bu məsələ ilə bağlı müzakirə aparıldımı görüşdə?

– Xeyr. Görüşdə bu məsələyə toxunmadıq. ABŞ-ın özündə də bəzən Konqresdə, Senatda və yaxud qeyri-hökumət təşkilatı, keçmiş səfir bir bəyanat verir. Amma biz bunu ABŞ dövlətinin bəyanatı hesab etmirik. Baxmayaraq ki, Azərbaycanda çoxları çalışır ki, bunu ABŞ-Azərbaycan münasibətlərinin korlanması kimi qələmə versin. Təbii ki, belə qüvvələr var. Hesab edirik ki, hər hansı qeyri-hökumət təşkilatı və yaxud da erməni lobbisi tərəfindən maliyyələşən ayrı-ayrı qurumların verdiyi bəyanat ABŞ dövlətinin adından deyil. O cümlədən, Azərbaycan mətbuatında da ayrı-ayrı deputatlar, siyasətçilər, yaxud mətbuat qrupu, özəl şirkətlər, təşkilatlar bəyanat verirsə, bu da Azərbaycan dövlətinin adından deyil. Azərbaycan dövləti hər zaman ABŞ-la strateji tərəfdaş olub, bundan sonra da bu tərəfdaşlığını davam etdirəcək.

Hazırda ABŞ-la münasibətlərimiz tam normaldır. Bunun yaxşı olmasını istəməyən dövlətlər var. O cümlədən, başqa dövlətlərlə də Azərbaycanın münasibətinin yaxşı olmasını istəməyən qüvvələr var. Bəzən bu qüvvələr münasibətlərin pisləşməsində rol oynayır. Azərbaycanda hansısa dövlətlərə işləyən siyasi partiyalar tərəfindən, qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif fikirlər səsləndirilir. Amma buna baxmayaraq Azərbaycan ABŞ-la hələ antiterror əməliyyatları başlayandan birlikdədir. Azərbaycan öz hava məkanını Əfqanıstanda keçirilən əməliyyatlarla bağlı ABŞ-ın üzünə açdı. Baxmayaraq ki, bizi əhatə edən qonşu dövlətlər bundan narahat olmağa başladılar.

O cümlədən, bütün yüklərin daşınması, hərbi texnikanın və əsgərlərin daşınması məhz Azərbaycan vasitəsilə həyata keçdi. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ABŞ-la birlikdə həm Kosovada, həm Əfqanıstanda, İraqda sülhyaratma prosesində iştirak etdilər. Bu gün də artıq Silahlı Qüvvələrimizin nümayəndələri Əfqanıstanda bu prosesi çox yüksək şəkildə yerinə yetirirlər.

Hesab edirəm, əməkdaşlığın bu cür davam etdirilməsinə təbii ki, əngəl törədən qruplar var. Bu qruplar da qeyd etdiyim kimi, erməni maliyyəsi ilə maliyyələşən qruplardır. Azərbaycan hazırda müstəqil siyasət aparan bir ölkədir. Azərbaycan kimisə özünə böyük qardaş seçmir, hansısa beynəlxalq təşkilatarın verdiyi qərarlarla hərəkət etmir. Ölkəmiz azad, müstəqil, balanslaşdırılmış siyasət yeridir. Böyüklüyü və kiçikliyindən asılı olmayaraq, hər bir ölkə ilə bərabər tərəfdaş kimi çıxış edir. Bu gün ayrı-ayrı dövlətlər bir-biriləri ilə birləşərək müxtəlif qruplaşmalar yaradıblar. Amma kimsə bizi vadar edə bilməz ki, ABŞ və yaxud, anti-Rusiya koalisiyasına qoşul, yaxud İrana qarşı ol. İran məsələsi olanda, Azərbaycan prezidenti dəfələrlə bildirib ki, ərazimizdən İrana heç bir hərbi müdaxilə ola bilməz. Bu isə bəzi dövlətlərin xoşuna gəlmir. Yaxud, İran da bizə deyə bilməz ki, İsrail və ya ABŞ-la niyə müttəfiqlik, dostluq edirsiniz. Bu da Azərbaycanın özünün xarici siyasətinin əsas özəyini təşkil edir. Bu cür məsələlər ölkəmizdə artıq öz həllini tapıb. Bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bir sözlə, hesab edirəm ki, ABŞ-Azərbaycan münasibətlərinin gərginləşdiyini heç kəs fikirləşməsin və ölkələr arasında münasibətlər normaldır. İnanırıq ki, bu cür əməkdaşlıq gələcəkdə də yüksələn xətlə inkişaf etdiriləcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024