Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (29-04-2015, 21:07)
“Mitinqlə bağlı qanuna edilən dəyişikliyin hər kəsə xeyri olacaq” - Fazil MUSTAFA

“Mitinqlə bağlı qanuna edilən dəyişikliyin hər kəsə faydası var”.

Bu fikri Mediatv.az-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. O bildirib ki, bu dəyişiklikdə başqa nə isə axtarmaq lazım deyil:

“Qanun kiminsə xeyrinə təyin olunmur. Dəyişiklik olarkən, vətəndaşların xeyrinə olan addımlar atılır. Burada həftə sonu, yəni iş günü olmayan vaxtların da nəzərə alınması əsas gətirilərək bu cür düşünüldü. Qanunda sırf olaraq iş günündən söhbət getmir. Ona görə də  hesab edirəm ki, bu məsələnin hüquqi baxımdan həyata keçirilməsinin hər kəs üçün faydası var”.

Qeyd edək ki, Milli Məclisin sonuncu plenar iclasında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 10-cu (Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması) maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişikliyə əsasən, toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə artıq azı 3 iş günü qalmış yox, ümumiyyətlə, 3 gün qalmış yazılı şəkildə çatdırılmalıdır. Layihədə o da bildirilir ki, həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024