Sosial (20-06-2014, 14:49)
Deputatlar səs verdilər
Milli Məclisin iclasında bəzi qanunlara edilən dəyişiklər qəbul edilib
Milli Məclisin bu gün keçiirlən növbədənkənar iclasında bəzi qanunlara dəyişiklər qəbul edilib.
"Banklar haqqında" qanunda dəyişiklik edilib. Dəyişikliyə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.
İclasada həmçinin "Sığorta fəaliyyəti haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat" və "Əməliyyat-axtarış" qanunlarına dəyişiklər qəbul edilib. ANS PRESS-in məlumatına görə, qanunlara edilən dəyişiklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini "Dövlət sirri haqqında" qanuna uyğunlaşdırmaqdır.
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur.
"Dövlət sirri” haqqında qanuna edilən dəyişikliyə görə, vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında - Baş Prokurorluq, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir.
Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir.
Vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.
![](http://tedbirler.az/ted1-660.gif)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025