Siyasət (26-04-2015, 21:42)
Millət vəkilimiz türklərə səsləndi
Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı Türkiyədə Dünya Türk Forumu keçirilir.
ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, iki gündür İstanbul şəhərində Dünya Türk Forumuna start verilib. Forumun 23-26 aprel tarixində keçirilməsində məqsəd həm Çanaqqala zəfərinin 100 illiyi, həm də sülh sammiti ərəfəsində türk dünyasının nail olmaq istədiyi məsələlər, eləcə də qondarma erməni soyqırımının iftira olduğunu beynəlxalq aləmə çatdırmaqdır.
Foruma qatılan türk dilli ölkələrin rəsmi nümayəndələri əsasən türk dünyası birliyinin gücləndirilməsi və Qarabağ münaqişəsinin tezliklə həlli yolu üçün müzakirələr apardılar.
Diasporla İş üzrə Komitənin sədr müavini Valeh Hacıyevin sözlərinə gərə, forumda səslənən fikirlər, bəyanatlar və şüarlar qondarma erməni soyqırım ilə dünyaya haray çəkən ermənilərin istəyinin üstündən xətt çəkdi.
Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ, Xocalı soyqırım həqiqətlərilə bağlı daha geniş məlumatlar verməklə yanaşı dünyanın hər bir yerində yaşayan türk kökənli insanlardan da gözlətilərimiz var.
Ümumilikdə 15 ölkədən həm rəsmi insanın, həm də sənətçilərin qatıldığı forumun mükafatlandırma gecəsi də keçirildi.
Gecədə Azərbaycanlı müğənni Azərin Çanaqqala zəfərinin 100-cü ildönümündə türk dünyasını tanıdan ilin sənətçisi olaraq “Qızıl alma” mükafatına layiq görüldü.
Müğənni Azərin bu barədə danışıb: "Mükafat türk dünyası adından təsis olunmuş bir mükafatdır. Bu gün ilin sənətçisi olaraq “Qızıl alma” mükafatına layiq görüldüm. Təbii ki, hər zaman bu cür mükafatları aldıqda doğma vətənim Azərbaycan adına alıram. Bununla da qurur hiss keçirirəm”.
Bu ilki konfransda bundan sonra Dünya Türk forumunun hər il məhz 23-26 aprel tarixlərində keçiriləcəyi də qərara alındı.