Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-04-2015, 18:22)
Siyasətçilərin sual doğuran gəlirləri

Ötən il Ukraynanın keçmiş baş naziri üçün gərgin keçdi. İlin bir hissəsini o, həbsdə keçirdi, bir hissəsini xəstəxanada sağlamlığının bərpasına sərf etdi, qalan hissəsi də prezident və parlament seçki kampaniyalarına həsr olundu

 

Amma bütün bunlara baxmayaraq, o, özünə bahalı maşın ala bilib. 
Bu, onun vergi bəyannaməsindən də bəlli olur. Həm də heç bir əmanətə sahib olmaya-olmaya.
Yuliya Timoşenkonun sirli gəlirləri heç də Ukrayna siyasətçiləri arasında nadir rast gəlinən hal deyil. 2014-cü ildən gəlir deklarasiyası ictimaiyyət üçün də açıq olandan bu cür pul gəlirlərinin adi hal olduğu üzə çıxıb.
Yuliya Timoşenko
Siyasətçilər gəlir bəyannamələrini hər ilin aprelində açıqlayırlar. Burada həm də partiya mənsubiyyətlərini, yaş və özləri barədə digər məlumatları qeyd edirlər.
Korrupsiya Ukraynada iki inqilaba səbəb olub, amma hələ də bu ölkədə siyasətçilərin gəlir və əmlak bəyannamələrindəki boşluqlar problem olaraq qalır.
Timoşenkonun azalan gəlirləri və 72 minlik təzə maşını
Timoşenko bəyan edib ki, ötən il ailəsi dəyəri 72 min avro olan “Mercedes Benz GL-350” avtomobili alıb.
“Həyat yoldaşımın ölkə xaricində biznesi var idi. Repressiyalar başlayan kimi o, biznesini satdı və əldə etdiyi gəlirin bir hissəsindən bu avtomobili aldı” - deyə Timoşenko bildirib.
Viktor Yanukoviç 2010-cu ildə hakimiyyətə gəldikdən sonra siyasi rəqiblərinə qarşı təzyiqlərə başlayandan sonra Timoşenkonun həyat yoldaşı Çexiyadan siyasi sığınacaq alıb.
Oleksandr Timoşenkonun uzun illərdir bu ölkədə biznesi var, amma ailənin son bir ildə gəliri sıfır kimi göstərilib. Yuliya Timoşenkonun şəxsi qazancı onların yeni avtomobilinin qiymətinin üçdə birinə bərabərdir.
Bundan başqa, bəyannaməyə görə, Timoşenko 588 kvadratmetrlik ev kirayələyir ki, gəlirinin üçdə birini məhz buna xərcləyir.
Oleq Lyaşko
Deputat necə “Mazda” sahibi oldu...
Ötən il ilk dəfə parlamentdə yer alan populist Radikal Partiyanın lideri Oleq Lyaşko “Mazda СХ-5” almağa müvəffəq olub. Bu yolsuzluq avtomobilinin Ukraynada dəyəri 30 min dollardır.
“Azadlıq” radiosu Ukrayna bürosunun “parlament üzvü kimi gəlirlərin nəzərə alınarsa, bu, necə mümkün olub” sualına Lyaşko “Rositadan istəmişəm” deyə cavab verib. O, öz həyat yoldaşını nəzərdə tutur.
Əvvəllər jurnalist kimi fəaliyyət göstərən Lyaşko deyib ki, köhnə maşınını satıb, maaşından da topladığı pulla yeni avtomobil ala bilib.
Bahalı avtomobillərlə yanaşı, deklarasiyaların üzə çıxardığı ümumi problemlərdən biri də mənbəyi məlum olmayan şirkətlərdən divident şəklində gələn qeyri-şəffaf gəlirlərdir.
Sergey Livoçkin
Məsələn, Prezident Administrasiyasının keçmiş rəhbəri Sergey Liovoçkinin gəliri ötən il 10 milyon qrivna (430 min dollar) olub, amma bu pulların mənbəyi naməlum olaraq qalır.
Başqa bir müxalifət lideri İqor Yeremeyevin dividentlərdən gəliri 24 milyon qrivna (1 milyon dollardan çox) olub.
Onun bu qədər divident aldığı şirkətin adını soruşanda isə Yeremeyev bu məlumatın gizli olduğunu bildirib.
İqor Yeremeyev
Bildirəndə ki onun bir parlament üzvü kimi qərarları biznes maraqları ilə toqquşmamalıdır, Yeremeyev deyib: “Baxın, mən bundan sirr düzəltmirəm. Mən “Continuum” şirkətlər qrupunun səhmdarıyam”.
Sözügedən şirkət Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.
OPORA seçki şəbəkəsinin lideri Olqa Aivazovska deyir ki, Ukrayna qanunlarına görə, parlament üzvləri yalnız gəlirlərini açıqlamağa məcburdurlar, amma divident aldıqları şirkətlərin adlarını açıqlamaya bilərlər.
O.Aivazovskanın dediyinə görə, şirkətlər öz vergi bəyannamələrində divident verdikləri şəxslərin adlarını açıqlayır. Vergi idarəsi bu məlumatları müqayisə edir.
Hələ ki, bu məlumatlarda uyğunsuzluq barədə ictimaiyyətə hər hansı açıqlama verilməyib. Aivazovska ehtimal edir ki, mümkün uyğunsuzluqlar vergi orqanları ilə həmin şəxslər arasında fərdi qaydada həll edilir.(virtual.org)

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024