Siyasət (20-04-2015, 15:52)
«Hörmətsizlikdə olsa belə, həzm etməyi bacarmalıyıq»
Qabil Hüseynli: «Fransa və Rusiya tarix boyu erməniləri müdafiə edib və ermənilər bu səviyyəyə çatmalarında həmin dövlətlərə borcludurlar»
Fransa prezidenti Fransua Ollandın qondarma "erməni soyqırımı" 100 illik yubiley tədbirlərindən sonra Yeravandan Bakıya gələcək.
Fransa prezidentlərinin ermənipərəst olmaları hər kəsə məlumdur. Hətta demək olar ki, Fransa Rusiyadan sonra Ermənistanın əsas müttəfiqlərindən biri olaraq çıxış edir. Bəs Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa prezidentinin qondarma "erməni soyqırımı" 100 illik yubiley tədbirlərindən sonra Yerevandan birbaşa Bakıya gəlməsi diplomatik etikaya nə qədər uyğundur və Azərbaycana qarşı hörmətsizlik deyil ki?
Qabil Hüseynli: «Azərbaycan prezidenti Fransaya qarşı durası deyil ki...»
Mediatv.AZ-ın əməkdaşı bu sualla politoloq Qabil Hüseynliyə müraciət edib. Politoloq bildirib ki, Fransa prezidentinin bu davranışını hörmətsizlik kimi dəyərləndirməsə də, təqdir də etmir:
«Fransa prezidenti Fransua Olland guya Azərbaycanla Ermənistan arasında münasibətlər körpüsünü salmaq, Dağlıq Qarabağ problemini nizamlanmaq məqsədilə Bakıya gəlir. Eyni məqsədlə Putin də Yeravandan Bakıya səfər edə bilərdi. Yəni bundan faciə düzəltməyə dəyməz. Azərbaycan prezidenti Fransaya qarşı durası deyil ki. Hörmətsizlikdə olsa, biz onları həzm etməyi bacarmalıyıq. Çalışmalıyıq ki, ölkəmizin problemləri həll olunsun. Ollandın hərəkətini hörmətsizlik kimi dəyərləndirmirəm, amma təqdir də etmirəm. Ola bilər ki, Ollandın gəlişi Dağlıq Qarabağ probleminə hər hansısa bir töhfə versin. Avropa ölkələrində müsəlmanlara qarşı fobiya var. Fransa və Rusiya tarix boyu erməniləri müdafiə edib və ermənilər bu səviyyəyə çatmalarında həmin dövlətlərə borcludurlar. Buna görə biz həmin dövlətlərlə düşmənçilik siyasəti apara bilmərik».
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024