Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-04-2015, 18:28)
“İlham Əliyev. İnkişaf - məqsədimizdir”- İyirminci cild

"Mediatv.az" Azərtac-a istinadən xəbər verir ki, bu fikirlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirminci cildində dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqindən götürülüb.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin oktyabrından noyabrınadək olan dövrü əhatə edir.
Bu cild Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya dövlət səfərinə dair materiallarla başlanır.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlət başçısının regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar Quba, Şəki, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Şəmkir rayonlarına, Gəncə şəhərinə səfərləri ilə bağlı materiallar, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, respublikamızın sosial, iqtisadi və mədəni cəhətdən inkişafına həsr olunmuş çıxışları, nitqləri, bəyanatları və s. öz əksini tapıb.
Kitabda İlham Əliyevin Latviyaya, Belarusa, Belçikaya rəsmi səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqları, dövlətlər arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsi və genişlənməsindən bəhs edən materiallar dərc olunub, eyni zamanda, Bakıda səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku ilə keçirdiyi görüşlərə, danışıqlara dair yazılar toplanıb.
Bu cilddə, eyni zamanda, İlham Əliyevin Azərbaycana gəlmiş çoxsaylı xarici nümayəndə heyətləri ilə görüşləri, bəyanatları, Rusiyada akkreditə olunmuş xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional proseslər, ölkəmizin xarici siyasəti və digər məsələlərlə bağlı müsahibələri yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılmış iyirminci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024