Siyasət (31-03-2015, 19:42)
Rus deputat İrəvana tüpürdü
Rusiya Dövlət Dumasının Komitə sədri Leonid Slutski İrəvanda Azərbaycan əleyihnə heç bir söz söyləmədiyini, erməni KİV-lərinin onun adından uydurmalar yazdığını bildirib.
ANS PRESS-in məlumatına görə, Slutski bu barədə “Parlamentskaya qazeta”ya verdiyi müsahibəsində bildirib. “Mən belə sözlər deməmişəm”, - deyə bildirən deputat vurğulayıb ki, erməni mətbuatına yox, onun birbaşa çıxışına istinad edilməlidir. O, erməni mətbuatının yalan yazdığını vurğulayıb.
Slutski həmçinin əmin edib ki, “həmişə Azərbaycan xalqının dostu olub, dostudur və dostu olacaq”. O həm də xatırladıb ki, Bakıda çıxış edən zaman deyib ki, “Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”.
Erməni mətbuatı isə yazmışdı ki, Slutski İrəvanda Azərbaycanı silahlanmaya səbəb olduğu üçün tənqid edib. Bu isə Azərbaycan Xarici İşlər Nazirliyinin sərt etirazına səbəb olub.
Məsələ erməni mətbuatında da əks səda verib. Erməni jurnalist Tevos Arşakyan erməni mətbuatının üzərinə ciddi bir ləkə düşdüyünü vurğulayır: “Əgər doğrusunu yazıbsınızsa, onda diktofonların və videokameraların yazılarını təqdim edin”.