Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Dünən, 17:24)
Şah İsmayıl Xətainin vəfatının 500 illiyinə aid tədbir keçirilib

         
Şah İsmayıl Xətainin vəfatının 500 illiyinə aid tədbir keçirilib
Dünən Okhatan Neo qrupunun təşəbbüsü və qrup üzvlərinin iştirakı ilə Səfəvilər dövlətinin banisi, Azərbaycan torpaqlarını birləşdirən şəxsiyyət Şah İsmayıl Xətainin vəfatının 500 illiyinə aid tədbir keçirilib. Tədbirdə türkoloq, filologiya elmləri doktoru, alim Firudin Ağasıoğlu, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Simsar.az saytının redaktoru Aqşin İbrahimi iştirak ediblər. 23 may 1524 - cü il tarixində vəfat edən Şah İsmayılın anım tədbiri bir qədər geciksə də, qrup üzvləri 500 illik çərçivəsində bunu qeyd etməyi özlərinə borc bildiklərini söyləyiblər. Tədbir zamanı, Şah İsmayıl Xətainin dövlət başçısı, sərkərdə, unikal döyüşçü, şair və s. kimi xüsusiyyətləri müzakirə olunub. Eyni zamanda bəzi mənbələrdə tarixi şəxsiyyətlə bağlı yazılan neqativ, həqiqəti əks etdirməyən məlumatlar kəskin qınanıb. Ümumiyyətlə Şah İsmayıla aid bütün mənbələrin yenidən araşdırılmasına ehtiyac olduğu bildirilib. Bununla bağlı müzakirələr zamanı bəzi əsaslar da səsləndirilib. Belə ki, Okhatan Neo qrupu Şah İsmayılla bağlı hadisələri xüsusi analiz texnologiyaları ilə təhlil etdiklərini bildiriblər. Tədbirdə, Okhatan Neo qrupunun üzvləri qonaqlara "Şah İsmayılla Malkoçoğlunun Çaldırandakı döyüşü" Florensiya mozaikasını, oxçu üzüklərini, Şah İsmayılın Topqapıda nümayiş etdirilən, əfqan qranitindən hazırlanmış, üzərində Qurani-Kərimdən ayələrlər həkk olunmuş və çox nəfis qızıl işləməli ornamentlərlə bəzədilmiş məşhur su qabının surətini və başqa sənət nümunələrini göstəriblər. Tədbirin sonunda bu istiqamətdə daha çox tədqiqatlar və araşdırmaların aparılmasının vacib olduğu bildirilib.



шаблоны для dle 11.2

Xəbər lenti
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
21 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024
20 12 2024