Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Dünən, 13:07)
Məşhur alimlər 34 il əvvəl Heydər Əliyevlə görüşdə –1990-cı il /"FOTOXRONİKA"

 Mərhum prezident Heydər Əliyev Moskvadan qayıtdıqdan sonra bir neçə il Naxçıvanda yaşayıb.
1990-cı il iyulunda SSRİ-nin paytaxtından vətəninə doğru yol alan Heydər Əliyev Bakıya gəlsə də o zamankı iqtidarın təhdidləri üzündən şəhəri tərk etməyə məcbur oldu.

Naxçıvana gedən H.Əliyev oradan Azərbaycanın gur siyasi həyatına qoşuldu. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilən H.Əliyev daha sonra Naxçıvan Ali Məclisinin sədri oldu.
Naxçıvanda yaşadığı 3 il ərzində Azərbaycanın tanınmış siyasətçiləri, ictimai xadimləri, yazar və ədəbləri H.Əliyevin görüşünə gələrək onu ziyarət ediblər.
Azpost.info “FOTOXRONİKA” layihəsi çərçivəsində bu unikal fotonu təqdim edir.
Şəkildə H.Əliyevin ziyarətinə gəlmiş Azərbaycanın tanınmış ziyalıları əks olunub.
Foto 1990-cı ilin sentyabr ayında Naxçıvan şəhərində çəkilib.
Şəkildə (soldan sağa): AMEA-nın müxbir üzvü, professor Abbas Zamanov, Naxçıvan Dövlət Universitetinin prorektoru, yazıçı – publisist Yavuz Axundov və filologiya elmləri doktoru, professor Yusif Seyidov.
Professor, filologiya elmləri doktoru Abbas Zamanov Azərbaycanın elmi dairələrində tanınan məşhur alim olub.
Əməkdar elm xadimi olan A.Zamanov Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988) olub.
Abbas Zamanov dəmir pərdənin hökm sürdüyü sovet siyasi rejimi dönəmində dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın mühacir alimləri, yazıçıları ilə məktublaşırmış.  Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universitetində professor Abbas Zamanovun vaxtilə sovet rejiminin çətin dövrlərində göndərdiyi kitablardan təşkil olunmuş və üç mindən artıq kitabı əhatə edən “Bağış kitablığı” yaradılmışdı.
Abbas Zamanov 1 aprel 1993 cü ildə Bakıda vəfat edib. 2 -ci FƏXRİ Xiyabanda dəfn olunub.
Professor Yusif Seyidov Azərbaycan Dövlət Mükafatı laureatı (1974), Azərbaycan Respublikasının əməkdar elm xadimidir(2000). “Şöhrət” ordeni ilə təltif olunub.
Filologiya elmləri doktoru Yusif Seyidov elmi məzmununa, metodiki mükəmməlliyinə görə qiymətli dərs vəsaitləri və dərsliklərin- “Müasir Azərbaycan dili”- (I h.-1959, II h – 1963); “Müasir Azərbaycan dili. IV hissə. Sintaksis”(1972, 1985, 2009) dərsliklərinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilmiş “Azərbaycan dili” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kimi ali məktəb dərsliklərinin müəllifidir.
Y.Seyidov dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30- dan çox kitabın (monoqrafiya, dərslik və dərs vəsaitlərinin) müəllifidir.
18 noyabr 2013-cü ildə vəfat edib.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
1 12 2024
1 12 2024
1 12 2024
1 12 2024