Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-11-2024, 20:57)
Anqolanın vitse-prezidenti ADNSU-da olub-FOTOLAR

 

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.

Mediatv.az  xəbər verir ki, görüşdə elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) ziyarət ediblər. Universitetin kitabxanası, tarix muzeyi və müxtəlif korpusları ilə tanış olan qonaqlar təhsil infrastrukturunun inkişafı və müasir standartlara uyğunlaşdırılmasına dair təcrübələrini müzakirə ediblər.

Tərəflər bu görüşün Azərbaycan-Anqola arasında təhsil və elm sahəsində əməkdaşlıq perspektivlərinin genişlənməsinə və gələcəkdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə zəmin yaradacağını bildiriblər.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024